AZE | RUS | ENG |


“ƏSA” teatrı 1 yaşını qeyd edir - Video

“ƏSA” teatrı 1 yaşını qeyd edir - Video
Sentyabrın 3-də Azərbaycanın, eləcə də böyük Qafqazın əlil aktyorlardan ibarət ilk teatrı olan "ƏSA”nın bir yaşı tamam oldu.

Teatrın baş meneceri Nicat Qulamın AZƏRTAC-a verdiyi məlumata görə, yarandığı ilk günlər teatrın heyəti Orxan Adıgözəl, Nicat Qulam, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadədən ibarət olub. Beş nəfərlə fəaliyyətə başlayan teatr qısa müddətdə bir çox uğurlara imza atıb, eyni zamanda, sıralarını genişləndirib.

İlk olaraq səhnələşdirdiyi "DUMB” tamaşası ilə "ƏSA” teatrı özünü incəsənət aləmində təsdiqləyib və böyük tamaşaçı sevgisini qazanıb. Bu tamaşa yerli KİV-lərlə yanaşı, ən çox da beynəlxalq medianın diqqətini cəlb edib. Belə ki, tamaşa haqqında beynəlxalq media bir çox süjetlər hazırlayıb, yerli və xarici jurnalistlər məqalələr yazıblar.

Teatr öz fəaliyyəti ilə incəsənətin heç bir maneə tanımadığını, əlil insanların göründüyündən qat-qat güclü olduqlarını sübut edib. Teatrın fəaliyyəti Azərbaycanda və ölkəmizin xaricində yaşayan əlil insanlar üçün stimul mənbəyinə, motivasiyaya çevrilib. İlk tamaşadan sonra əlilliyi olan şəxslər aktyor kimi fəaliyyət göstərmək üçün teatra müraciət ediblər. Bütün bunları nəzərə alan "ƏSA” teatrı böyük bir aktyor heyətinin iştirak etdiyi tamaşa hazırlamaq qərarına gəlib. Müraciət əsasında teatra gəlmiş əlil şəxslər də bu tamaşada yer alıb. On beş aktyorun rol aldığı "Yuxum” adlı bu tamaşanın premyerasına beş gün qalmış bütün biletlər satılıb. Premyera günü 370 nəfərlik teatr zalında 450-dək tamaşaçı olub. Tamaşa, həmçinin dünya teatr tarixində ilk dəfə olaraq sinxron şəkildə işarət dili ilə tərcümə edilib.

Teatr birillik fəaliyyətində müxtəlif sosial layihələr də reallaşdırıb.

Baş menecer Nicat Qulam bildirir ki, qarşıdakı ildə teatrı daha böyük işlər gözləyir: "Bu ilin sonunadək iki tamaşanın premyerası planlaşdırılır. Habelə yeni icarəyə götürdüyümüz məkanda əlilliyi olan və olmayan şəxslər üçün film nümayişləri, sərgilər, seminarlar və müxtəlif təlimlər olacaq. Bütün bunların məqsədi ölkədə əlil və əlil olmayan insanların bir araya gəlməsi, mədəni çevrənin yaradılmasıdır”.

Teatr ikinci mövsümdə "ƏSA” sənət məktəbi təsis etmək niyyətindədir. Teatrla və digər incəsənət növləri ilə məşğul olmaq istəyən, xüsusən də "ƏSA” teatrına qoşulmağı arzu edən şəxslər ilk növbədə bu məktəbdə məzun olacaqlar. Dərslərin qismən ödənişsiz keçirilməsi gözlənilir.
 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008