• cümə, 19 Aprel, 19:17
  • Baku Bakı 24°C

Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib

01.04.21 12:30 530
Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib
Nazirlər Kabineti "Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edib.
APA-nın məlumatına görə, tədbirlər planına əsasən, 2021-ci il ərzində Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsinə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla ərzaq balansının hesabat ili üzrə göstəricilərinin hesablanması metodologiyasının təkmilləşdirilməsi tapşırılıb.
Cari ildə Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsinə istehsal, idxal və ixrac olunan buğdanın təyinatı və (və ya) siniflər üzrə bölgüsü barədə məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi tapşırılıb.
Eyni zamanda, hər il yanvar ayının 30-dək Kənd Təsərrüfatı Nazirliyi buğdanın istehsalı və anbar qalıqları barədə "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə mövcud olan məlumatların İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Qida Təhlükəsizliyi Agentliyinə təqdim etməlidir.
2021-ci ildən başlayaraq yerli icra hakimiyyəti orqanları, Dövlət Statistika Komitəsi tərəfindən kənd inzibati ərazi dairələri üçün təsərrüfatbaşına uçot kitablarında ailə kəndli və ev təsərrüfatları üzrə məlumatların vaxtında və keyfiyyətlə doldurulmasının təmin olunması üçün nəzarət tədbirlərinin görülməlidir.
banner

Oxşar Xəbərlər