• şənbə, 20 Aprel, 00:18
  • Baku Bakı 15°C

Ərşad Salehi: "Kərkük hazırda İraq ordusunun və polisin nəzarətindədir, peşmərgələr buradan uzaqlaşdırıldı"

16.10.17 18:30 1845
Ərşad Salehi: "Kərkük hazırda İraq ordusunun və polisin nəzarətindədir, peşmərgələr buradan uzaqlaşdırıldı"
"Kərkükdə yeni üsul-idarə tətbiq olunması üçünİraqmərkəzi hökuməti ilə danışıqlar aparırıq”.

Bu sözləriAPA-nın Türkiyə bürosuna açıqlamasındaİraqTürkmən Cəbhəsinin lideri Ərşad Salehi deyib.

Kərkükdə yaranmış vəziyyətlə bağlı sualı Ə. Salehi belə cavablandırıb: "Hazırda Kərkük şəhərimiz tamamiləİraqordusunun və federal polisinin nəzarətindədir. Peşmərgələr buradan uzaqlaşdırıldı. Ordu və federal polis neft şirkətinə və başqa dövlət müəssisələrinə də əl qoyub. Şəhərdə gərginlik hələ də davam edir. Şəhərə gəlmiş PKK terrorçuları hələ də müqavimət göstərməyə çalışsalar da,İraqordusu və federal polis bir neçə saat içində onları da Kərkükdən tamamilə təmizləyəcək”.

Türkmənlərin durumu barədə suala cavab verən Ə. Salehi bildirib ki, bir neçə evə peşmərgələrin atdığı raketlər düşüb: "Türkmən Cəbhəsinin komandanlarından biri şəhid oldu, bir neçə yaralımız var. Bu sıxıntılı dönəmi keçmək üçün xalqımızı sakit olmağa dəvət etmişəm. Kərkükdə yeni üsul-idarə yaradılması və yeni vali təyin edilməsi üçünİraqın mərkəzi hökumətiylə danışıqlar aparırıq. Ən yaxın müddətdə danışıqları başa çatacaq və Kərkükdə yeni üsul-idarə fəaliyyətə başlayacaq”.
banner

Oxşar Xəbərlər