• cümə axşamı, 18 aprel, 17:22
  • Baku Bakı 22°C

Ernandesin “çəkicdöyən”liyi rəsmiləşdi

25.07.17 10:15 1149
Ernandesin “çəkicdöyən”liyi rəsmiləşdi
"Bayer”in hücumçusu Xavyer Ernandes karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Kaspi.az xəbər verir ki, Ernandes Londonun "Vest Hem” klubu ilə müqavilə bağlayıb. O, "çəkicdöyənlər”lə 3 illik anlaşma imzalayıb. Futbolçu məsələyə belə münasibət bildirib:
"Bu, sadə qərar oldu. "Vest Hem” böyük tarixi və ambisiyası olan klubdur. Mən İspaniya və Almaniyada 3 fantastik il keçirdim. İngiltərə isə mənim karyeramda əsas yer tutur. Qayıtdığım üçün xoşbəxtəm”.
Ernandes 2010-2015-ci illərdə "Mançester Yunayted”in şərəfini qoruyub.
banner

Oxşar Xəbərlər