• cümə, 29 Mart, 01:36
  • Baku Bakı 7°C

Ermənistanın özündə Nikol Paşinyanı ifşa ediblər

15.05.20 11:45 1815
Ermənistanın özündə Nikol Paşinyanı ifşa ediblər
Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkədə öz səhifəsində Böyük Vətən müharibəsində vuruşmuş babasının fotoşəklini dərc etməsi son günlərdə KİV-lərdə geniş müzakirə edilir. Amma ekspertlərin çoxunun tapdığından məlum olur ki, Ermənistanın baş nazirinin qohumu nasistlərə qarşı vuruşmayıb, əksinə, SS-çilərin erməni legionuna xidmət edib.AZƏRTAC-ın xüsusi müxbiri bu mövzunu "Vestnik Kavkaza” Rusiya Federal İnformasiya-Analitik Agentliyinin baş direktorunun müavini, politoloq Andrey Petrovla müzakirə edib.
- Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə özünün Facebook səhifəsində babasının fotoşəklini paylaşıb və həmin fotoşəklin altında bu sözləri yazıb: "Nikol Paşinyan, 1913-1943-cü illər. 138-ci atıcı diviziyasının 554-cü alayında xidmət edirdi. Vətən uğrunda həlak olanların xatirəsi əbədi yaşayacaq”. Amma ekspertlərin çoxu hesab edir ki, baş nazir babasının nasistlərlə əməkdaşlıq etməsi haqda məlumatı gizlədib. Bu barədə sizin fikriniz necədir?
- Əvvələn, maraqlıdır ki, Nikol Paşinyanın qohumu Nikol Vartanoviç Paşinyanın SS legionunda xidmət etməsi haqqında məlumatı gizlətmək cəhdini Ermənistanın özündə ifşa ediblər. İki il ərzində baş nazirin yalnız özü üçün sərfəli olanı demək və onun dediklərini heç kəsin yoxlamayacağına ümid etmək taktikası dəyişməyib. Bundan əvvəl, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi və Qafqazın tarixi barədə Paşinyanın yalanının üstünü açanda puç olmuş taktika bu dəfə Ermənistanın daxili auditoriyasında fiaskoya uğrayıb.Bu fakt onu göstərir ki, Paşinyan Ermənistanda siyasi proseslərdən geri qalmağa başladı. Bu günə qədər o həm öz opponentlərindən, həm də zorən müttəfiqlərindən dərs almalı və özünü maksimum ehtiyatlı aparmalı idi, amma hələ də özünü elə aparır ki, guya "inqilab” dünən baş verib və küçələrdə insanlar hələ də onun hər sözünə inanırlar. Əslində isə indi onun hər sözü yoxlanır və ölçülüb-biçilir, adəti üzrə həqiqətin gizlədilməsi dərhal gözə çarpır və hamıya elan edilir.Qeyd etmək lazımdır ki, daxili auditoriya üçün ən mənfi fakt Paşinyanın qohumunun Sovet İttifaqının düşməni ilə əməkdaşlıq etməsi yox, məhz odur ki, baş nazir növbəti dəfə ağ yalan danışmağa cəhd göstərib. Burada məntiq çox sadədir: – əgər o, öz əcdadları haqqında yalan danışırsa, həqiqəti gizlədirsə, onda bu qayda ilə öz komandasının işi, bütövlükdə Ermənistanın iqtisadiyyatı və həyatı haqqında da yalan danışa və həqiqəti gizlədə bilər. Çox güman ki, bu qalmaqalın ən əhəmiyyətli effekti – respublikada Nikol Paşinyanın etimadına özünün vurduğu ciddi zərbədir.
- Məlum fotoşəkilin altında yazılan şərhlərdə göstərilir ki, indiki baş nazirin babası Nikol Paşinyan 1943-cü ildə nasist ordusu sıralarında, Qaregin Njdenin SS legionunda vuruşub. Sizə elə gəlmirmi ki, Ermənistanın baş naziri nasistlərə xidmət etmiş qohumunun fotoşəklini dərc etməklə respublikada nasizm təbliğatını davam etdirir?
- Paşinyan öz qohumunun SS Erməni legionunda xidmət etməsi haqqında sənədi dərc edə biləcəyi halda bu sənədi gizlədib. Bu, nasistlərin əlaltısı Qaregin Njdeni təbliğ etmək aktı deyil, onun cinayətlərini bildiyi halda bu barədə susma taktikasının təzahürüdür. Təhlükəsizlik məsələləri üzrə Münxen konfransında Baş nazir özü etiraf etmişdi: Onun həyata baxışlarının dəyişməsini biz şərh etmirik; biz bu barədə heç nə demirik”. Paşinyan Qaregin Njdenin törətdiyi, o cümlədən SSRİ-yə qarşı cinayətlər haqqında faktları və sənədləri inkar etmək mümkün olmadığını başa düşdüyü üçün onlar haqqında sadəcə susmağa və mövzudan uzaqlaşmağa üstünlük verir.Burada da eyni vəziyyətdir: Nikol Paşinyan ardıcıllıq nümayiş etdirərək, bütövlükdə SS erməni legionu haqqında və deməli, onun qohumunun bu legionda iştirakına şahidlik edən sənəd haqqında da susmağı qərara alıb, sanki belə bir legion heç vaxt mövcud olmayıb. Yəni insanlığa qarşı hərbi cinayətləri unutmaq xətti götürülüb. Bu isə, əlbəttə, Böyük Vətən müharibəsi haqqında tarixi həqiqətin təhrif edilməsi formalarından biri kimi cinayətdir.
- Dağlıq Qarabağ münaqişəsi haqqında da bir sualım var. Son zamanlar ekspertlər bu problemin mərhələli və ya paket həlli haqqında müxtəlif fikirlər səsləndirirlər. Bir ekspert kimi, Sizi hansı variant daha çox cəlb edir?
- Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının paket variantının həm razılaşdırılması, həm də reallaşdırılması daha mürəkkəbdir, çünki bu variant, əvvələn, yalnız bütün məsələlərə dair danışıqlar tamamlanandan sonra onları reallaşdırmağa başlamağı və ikincisi, münaqişə zonasında vəziyyətin bütün keçid mərhələlərinin buraxılmasını nəzərdə tutur. Yeri gəlmişkən, Ermənistan məhz paket ssenarisi üzərində təkid edə bilərdi, çünki bu halda dinc yolla nizamlama vaxtı uzanardı, amma işğalçı tərəf üçün status-kvonu dəstəkləyən hər variant sərfəlidir.Mərhələli plan, öz növbəsində, münaqişəni nizamlamağa burada və indi başlamağa imkan verir, çünki bu halda addımlar "porsiyalarla” razılaşdırılır və həyata keçirilir, bu addımları həm reallaşdırmaq, həm də onlara nəzarət etmək daha asan olar. Prosesi irəlilətməyə başlamaq və ən başlıcası, sonrakı mərhələlər üçün, hər şeydən əvvəl, qaçqınların və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına şərait yaratmaq üçün Azərbaycan rayonlarının işğaldan azad edilməsinin birinci mərhələsi haqqında razılaşmaq kifayətdir. Hər mərhələ növbəti mərhələyə səbəb olacaq və beləliklə, münaqişə tədricən başa çatacaq və Cənubi Qafqazda çoxdan gözlənilən sülh bərqərar olacaq.
banner

Oxşar Xəbərlər