• şənbə, 20 Aprel, 10:55
  • Baku Bakı 14°C

Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov

29.09.20 19:45 526
Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov
Azərbaycan Ordusunun dəqiq atəşləri nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.
Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
A.Eyvazov vurğulayıb ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə gedən döyüşlərə cəlb edilən 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Koçaryan məhv edilib. Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-ci alayının komandiri polkovnik Artyom Paqasyan isə ağır yaralanıb.
banner

Oxşar Xəbərlər