• cümə, 19 Aprel, 07:43
  • Baku Bakı 13°C

Ermənistanın sabiq müdafiə nazirinə irəli sürülən ittiham dəyişdirilib

05.05.21 13:45 515
Ermənistanın sabiq müdafiə nazirinə irəli sürülən ittiham dəyişdirilib
Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyana qarşı irəli sürülmüş ittiham dəyişdirilib.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Xüsusi İstintaq İdarəsi məlumat yayıb.
Bildirilib ki, hazırda M. Arutyunyan Ermənistan Cinayət Məcəlləsinin 309-cu maddəsinin 3-cü bəndi (vəzifə səlahiyyətlərindən sui-istifadə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma) ilə təqsirləndirilən şəxs qismində ittiham olunur.

Daha əvvəl Ermənistanın sabiq müdafiə nazirinə Cinayət Məcəlləsinin 300.1-ci maddəsi (konstitusional quruluşun devrilməsi) ilə ittiham irəli sürülmüşdü.
Xatırladaq ki, M. Arutyunyan 2008-ci mart hadisələri ilə bağlı keçmiş prezident Robert Koçaryan və digər rəsmilərlə birgə ittiham olunur. Həmin vaxt müxalifət və asayiş qüvvələri arasında baş verən qarşıdurma zamanı 10 nəfər ölüb. Sabiq prezident R. Koçaryan və digərləri 300.1-ci maddəyə əsasən ittiham olunub.

banner

Oxşar Xəbərlər