AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

Cəmiyyət
05 İyun 2020, 15:26 164
Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiyanın tək bir adı var: faşizm. Artıq dünya ictimaiyyətinə də sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir.
Bunu Trend-ə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.
Millət vəkili qeyd edib ki, bu ölkədə atisemitizmin, terrorizmin populyarlaşdırılması nəticəsində faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəman kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Hətta "njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil faşizm "dəyərlər”i ruhunda tərbiyə edilir. Əslində bu tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı üçün yenilik deyil:
"Faşist ideologiyasının Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğat olduğunu biz yaxşı bilirik. Artıq bu təbliğin motivlərini dünya ictimaiyyətinə də açıq şəkildə məlum oldu. Belə ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinc və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını tökən faşist cəlladının abidəsi önünə əklil qoyulması və baş nazirin babasının faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübutu oldu. Onu da qeyd edək ki, erməni legionu njdenin başçılığı ilə Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırımı aparıb.
Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının yüksək səviyyəli Aşqabad görüşündə faktlarla bütün dünyanı erməni faşizminin mahiyyəti barədə məsuliyyətlə düşünməyə səsləmişdi. Prezident İlham Əliyevin Qarabağın tarixi tarixi ilə bağlı əsaslı faktlara istinadən çıxışı, haqlı mövqeyi, hüquqi və siyasi bilgiləri dünya siyasətçilərini, mətbu orqanlarının diqqətini bir daha Dağlıq Qarabağ probleminə çəlb etməyi bacarmışdı. Prezident İlham Əliyev dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək sübut etmişdi ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib.
İyunun 3-ü Tərtərdə bir qrup idmançı ilə görüşündə Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev deyib: "Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub".
Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan mənfur qonşu ölkənin işğalçılıqda terrorçuluqda ustalıqları tarixi gerçəkliyimizdir. Ermənistanın rəhbərliyi aydın dərk etməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. İşğalçı Ermənistan hakimiyyəti unutmasın ki, onların gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır".