• cümə, 29 Mart, 12:07
  • Baku Bakı 14°C

Ermənistanı korrupsiya bürüyüb

20.05.16 11:28 1567
Ermənistanı korrupsiya bürüyüb
"Hər il ölkəni bürüyən korrupsiya üzündən Ermənistan 700 mln. dollar itirir”. Bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatına istinad edən "Aykakan jamanak” qəzeti yazıb. Fond bu məbləğin ümumi daxili məhsulun 5-7 faizini təşkil etdiyini bildirib: "Ermənistanın dövlət büdcəsi 2,5 milyard dollardır. Müdafiə xərclərinə hər il korrupsiya ucbatından itirilən puldan daha az, 430 milyon dollar ayrılır. Bu il səhiyyəyə 180 milyon, təhsilə isə 260 milyon dollar ayrılıb”. Beynəlxalq Valyuta Fondu bundan əvvəl də Ermənistan üçün bədbin proqnozlar açıqlayıb. İlin əvvəlində açıqlanan hesabata görə, bu il Ermənistanda iqtisadi artım olmayacaq. İlin 0 faiz artımla yekunlaşacağı proqnoz edilib. BVF-nin qənaətincə, Ermənistanda 2009-cu il dünya maliyyə-iqtisadi böhranının fəsadları hələ də hiss olunur.
BVF ilə yanaşı, Birləşmiş Ştatların Ermənistandakı səfiri Riçard Mills də Ermənistanda korrupsiya probleminin ciddi olduğunu bəyan edib. Ötən gün erməni saytlarına açıqlama verən səfir bildirib ki, amerikalı sahibkarlar bunu nəzərə almalıdır. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə aparmağın yolu biznes sahəsində vəziyyəti yaxşılaşdırmaqdır. Ermənistanın sabiq baş naziri, hazırda parlamentin deputatı Qrant Baqratyan BVF-nun hesabatı ilə razılaşır. Lakin onun qənaətincə, əslində korrupsiya faizi çox az göstərilib. Onun sözlərinə görə, indiki hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkədə iqtisadi sahədə hər hansı bir nailiyyət əldə edilməyib. Bu illər ərzində miqrasiyanın səviyyəsi isə beş dəfə artıb: "Özü də indi bu sahədə "keyfiyyət” dəyişikliyi hiss olunur. Əgər əvvəl insanlar tək-tək gedir və evlərini satmırdılarsa, indi artıq burada özlərindən sonra bir iz belə qoymurlar”. Deputat hesab edir ki, Ermənistanın iqtisadi problemləri - hakimiyyətin orta əsr təfəkkürünün nəticəsidir. O hesab edir ki, hakimiyyət Ermənistanda guya iş yerlərinin durmadan artdığı barədə populist fikirlər yaymaqdadır: "Təkcə son 6 ayda ölkəni Gümrü şəhərinin əhalisi qədər adam tərk edib. Ermənistan iqtisadiyyatı haqda beynəlxalq rəqəmlər, o cümlədən Dünya Bankının rəqəmləri sübut edir ki, ölkəmiz son 5 ildə ardıcıl şəkildə fəlakətli iqtisadi çöküş yaşayır”.
Keçmiş hökumət başçısı daha sonra sual edir: "Ermənistanın hakimiyyəti, siyasi çoxluq, ələlxüsus hökumət başa düşürlərmi ki, onlar artıq 5 ildir iqtisadiyyatın həcmini azaltmaqla məşğuldular? Tez-tez belə fikirlər səslənir ki, "bəli, 2009-da iqtisadiyyat azalıb, ancaq əvəzində başqa illərdə artıb”. Axı hardadır o artım?” Müxalifət yetkilisi ardınca yenə hakimiyyətə sual edir: "İndi başa düşürsünüzmü ki, miqrasiya əsla xalqın naşükürlüyünün və yaxşını görməməyinin nəticəsi deyil? Ölkədən davam edən kütləvi köç konkret və ciddi şəkildə iqtisadi durumun pisləşməsi ilə birbaşa bağlıdır! Təsadüfi deyil ki, Gürcüstanda hər min nəfərə düşən miqrantların sayı Ermənistandan 4 dəfə azdır. Azərbaycanda və Türkiyədə isə artıq müsbət miqrasiya müşahidə edilir. Biz isə - axırıncılarıq. Biz geri gedirik”.
Hakimiyyət iqtisadi çöküşdən özünəməxsus şəkildə çıxmaq qərarına gəlib. Belə ki, Ermənistan hökuməti 797 ədəd xidməti maşını ixtisara salacaq. Bu barədə qərar Nazirlər Kabinetinin dünən keçirilən iclasında verilib. Hökumət aparatının rəhbəri David Arutyunyanın sözlərinə görə, bu qərar DİN və MN istisna olmaqla, bütün nazirlikləri əhatə edəcək. 107 maşın birbaşa dövlət orqanlarından, 690 maşın isə qeyri-kommersiya və kommersiya dövlət təşkilatlarından, o cümlədən dövlət fondundan geri alınacaq. Baş nazirin təklif etdiyi layihəyə görə, maşınlar şəxsi maraqlar üçün istifadə oluna bilməz. Məhz buna görə, Mərkəzi Nəzarət Xidməti maşınların öz təyinatı üzrə istifadəsini yoxlayacaq.
Öz növbəsində A.Saxarov adına Erməni insan haqlarının qorunması üzrə Mərkəzin direktoru Levon Nersisyan "Belə yaşamaq” olmaz yazısında ölkəni bürüyən korrupsiya və rüşvətxorluğun səviyyəsindən bəhs edib: "Bu illər ərzində biz nələrə nail olduq - miqrasiyanın fəlakətli həddə çatması, əmək qabiliyyətli hissəsinin sürətlə ölkəni tərk etməsi, yoxsulluq, cinayətkarlığın səviyyəsinin, sosial bərabərsizliyin artması, şəhərlərin boşalması, nikahların azalması, əvəzində boşanma hallarının artması və s. Etiraf etmək lazımdır ki, ölkəni idarə edənlərdən daxil olan hər hansı bir təşəbbüs əhali tərəfindən etimadsızlıqla qarşılanır. Korrupsiya, klançılıq, partiya-korporativ maraqların qorunması, total məsuliyyətsizlik adi hala çevrilib”. Ekspert maraqlı bir statistika da açıqlayır. Onun sözlərinə görə, 2013-cü ildən Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 28 mlrd. dollar təşkil edib. Ölkənin valyuta ehtiyatları isə 50 mlrd. dolları keçib. "Bəs bizdə necədir, cənab baş nazir. Biz real düşmənimiz qarşısına yüz minlərin miqrasiya etdiyini qoya bilərik. Müharibədə və dinc zamanda belə deyirlər - əgər ərazidə mənim döyüşçüm varsa, ora mənimdir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər