• cümə axşamı, 28 mart, 22:16
  • Baku Bakı 13°C

Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var

18.07.19 15:30 22829
Ermənistanda yeni iğtişaş: çoxlu sayda yaralanan və həbs edilən var
Ermənistanın İcevan rayonunda meşə təsərrüfatında özəl biznes fəaliyyəti ilə məşğul olanların hökumətin qərarına qarşı keçirdikləri etiraz aksiyası iğtişaşlarla nəticələnib.
AZƏRTACerməni KİV-nə istinadla xəbər verir ki, İcevanda ağackəsmə sexlərinin işçiləri iyulun 18-də Gürcüstan magistral yolunu bağlayıblar. Onlar burada fəaliyyətlərinin dayandırılması ilə bağlı hökumətin verdiyi qərara etiraz ediblər. Baş nazir Nikol Paşinyan bildirib ki, etirazçıların tələbləri haqsızdır və hökumətin qərarı qüvvəsində qalacaq. Bundan sonra əraziyə cəlb edilən polislərlə etirazçılar arasında toqquşmalar baş verib. İnsident nəticəsində 13 nəfər saxlanılıb, 12 polis nəfəri və 2 mülki şəxs yaralanıb. Etiraza qoşulanların ailə üzvləri iddia edirlər ki, mülki geyimdə olan polislər öz həmkarlarına daş atıblar və vəziyyəti gərginləşdiriblər. Onlar əlavə ediblər ki, yaralıların sayı rəsmi rəqəmlərdə göstərildiyindən daha çoxdur. Saxlanılan şəxslərin bir neçəsinin aparıldığı yer məlum deyil, bəzi şəxslər isə evlərində həbs edilib.
Ermənistan İstintaq Komitəsi insidentlə bağlı polisə müqavimət və xuliqanlıq maddələri ilə cinayət işi qaldırıb.
banner

Oxşar Xəbərlər