• cümə axşamı, 28 mart, 23:21
  • Baku Bakı 13°C

Ermənistanda siyasi motivli həbslərə etirazlar güclənir

23.10.19 14:15 395
Ermənistanda siyasi motivli həbslərə etirazlar güclənir
Ermənistanda hökumətin qanunsuz və siyasi motivli həbslərinə qarşı ictimai etirazlar artır.AZƏRTACerməni KİV-nə istinadla xəbər verir ki, bununla bağlı Ermənistanın söz azadlığının qorunması Komitəsinin sədri Aşot Melkonyan keçirdiyi mətbuat konfransında sərt bəyanat verib.
Melkonyan bildirib ki, Paşinyan hökuməti üçün "münasib olmayan şəxslərdən biri – parlament aparatının sabiq sədri Arsen Babayanın həbs olunması siyasi motivlidir” O qeyd edib ki, hüquqşünaslar, hüquq müdafiəçiləri də bunu təsdiq edirlər. Eyni zamanda, Melkonyanın sözlərinə görə, "məxməri inqilab”dan sonra siyasi qərarla həyata keçirilən həbslər ölkədə söz və ifadə azadlığının pozulmasıdır, çünki hökumət yadfikirli insanlara qarşı hədsiz dözümsüzlük nümayiş etdirir.
Hüquq-mühafizə orqanlarının "Yerevan today” qəzetinin redaksiyasında axtarış aparmasını və oradakı texnikanı müsadirə etməsini şərh edən Melkonyan bildirib ki, son on ildə ölkə tarixində mətbuat azadlığının bu cür kobud pozulması halı baş verməyib. "Ermənistanın hüquq müdafiəçiləri bu faktla bağlı İstintaq Komitəsinə sorğu göndəriblər və biz hakimiyyətdən məsələyə münasibət bildirməsini tələb edirik”, -deyə komitə sədri vurğulayıb. O əlavə edib ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından verilən cavabda heç bir konkret fakt göstərilmir və bu, KİV-ə təzyiq kimi qiymətləndirilməlidir.
Paşinyan hökuməti özünə rəqib hesab etdiyi digər yüksəkvəzifəli şəxs – Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan və onun ailə üzvlərinə qarşı siyasi təqibi də davam etdirir. Jurnalist Anjela Tovmasyanın ofisinə basqından sonra hüquq-mühafizə orqanları indi də məhkəmə sədrinin müavinlərinə qarşı saxtakarlıq maddəsi ilə ittiham irəli sürüblər. Digər tərəfdən, hökumət sabiq prezidenti Robert Koçaryana qarşı ifadə verməkdən imtina edən Dövlət Mühafizə Xidmətinin rəisi Qriqori Ayrapetovu da işdən çıxarıb və onun haqqında cinayət işinin qaldırılacağı da istisna olunmur.
banner

Oxşar Xəbərlər