• cümə, 29 Mart, 00:23
  • Baku Bakı 7°C

Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər

23.10.19 14:07 624
Ermənistanda “Rusiya Dəmir Yolları”nın maşinistləri tətil edirlər
Ermənistanın Gümrü şəhərində ölkənin dəmir yollarını idarə edən "Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin maşinistləri tətil edirlər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına əsasən, maşinistlər əmək haqlarının 30 faiz artırılmasını tələb edirlər.
Tətil nəticəsində Gümrüdən Yerevana hərəkət edən elektrik qatarları reysə çıxmayıb.
Şirkət tətillə bağlı münasibət bildirməyib.
Qeyd edək ki, "Cənubi Qafqaz Dəmir Yolları” QSC "Rusiya Dəmir Yolları” şirkətinin 100 faizlik törəmə şirkətidir və Ermənistanda dəmir yollarının idarəsi ilə məşğul olur.
banner

Oxşar Xəbərlər