AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda müxalifət tərəfdarları hökumət binasına soxulublar

Ermənistanda müxalifət tərəfdarları hökumət binasına soxulublar

Təfsilat
01 Mart 2021, 13:20 223
Ermənistanda müxalifət tərəfdarları paytaxt İrəvanın mərkəzində yerləşən hökumət binasına soxulublar.
 
APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”nin hadisə yerində olan əməkdaşı məlumat verib.
Hökumət binasında bir neçə nazirliyin ofisi yerləşir.
 
Müxalifət tərəfdarları birinci mərtəbənin foyesində aksiya keçirərək nazirliklərin əməkdaşlarından Baş nazir Nikol Paşinyanın tərəfdarlarının mitinqində iştirak etməməyi tələb ediblər.
 
Etirazçılar Baş nazirin istefasına dair şüarlar səsləndirdikdən sonra hökumət binasını tərk ediblər.
"Biz aksiyamızı başa çatdırırıq. Məqsədimiz istənilən nazirliyə girə biləcəyimizi göstərmək idi”, - deyə aksiya iştirakçılarından biri bildirib.