• şənbə, 20 Aprel, 12:09
  • Baku Bakı 23°C

Ermənistanda KTMT hərbi təlimlərinin ikinci mərhələsi başlayıb

06.10.17 09:15 933
Ermənistanda KTMT hərbi təlimlərinin ikinci mərhələsi başlayıb
Oktyabrın 5-də Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Silahlı Qüvvələrinin "Axtarış-2017” beynəlxalq hərbi təlimlərinin ikinci mərhələsi start götürüb.APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, təlimlərin ikinci mərhələsində Çevik Kollektiv Qüvvələrinin (ÇKQ) birgə əməliyyatının hazırlanması üçün bütün kəşfiyyat qüvvələrindən və vasitələrdən istifadə etmək, kəşfiyyat məlumatlarının toplamaq və təhlil etmək, həmin məlumatların kəşfiyyat qüvvələrinin birgə komanda məntəqəsi və ÇKQ komandanlığı arasında mübadiləsini təmin etmək kimi tapşırıqların həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa mühüm obyektlərin KTMT xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilməsi və məhv etdirilməsi kimi tapşırıqlar yerinə yetiriləcək.
Qeyd edək ki, "Axtarış-2017” hərbi təlimlərə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi təyinatlı qüvvələri cəlb edilib. Ümumilikdə təlimlərdə 700-ü rusiyalı olmaqla, 1000-dən çox hərbçi iştirak edir.
banner

Oxşar Xəbərlər