AZE | RUS | ENG |


Ermənistanda KTMT hərbi təlimlərinin ikinci mərhələsi başlayıb

Ermənistanda KTMT hərbi təlimlərinin ikinci mərhələsi başlayıb
Oktyabrın 5-də Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Silahlı Qüvvələrinin "Axtarış-2017” beynəlxalq hərbi təlimlərinin ikinci mərhələsi start götürüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
 
Məlumata görə, təlimlərin ikinci mərhələsində Çevik Kollektiv Qüvvələrinin (ÇKQ) birgə əməliyyatının hazırlanması üçün bütün  kəşfiyyat qüvvələrindən və vasitələrdən istifadə etmək, kəşfiyyat məlumatlarının toplamaq və təhlil etmək, həmin məlumatların kəşfiyyat qüvvələrinin birgə komanda məntəqəsi və ÇKQ komandanlığı arasında mübadiləsini təmin etmək kimi tapşırıqların həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa mühüm obyektlərin KTMT xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilməsi və məhv etdirilməsi kimi tapşırıqlar yerinə yetiriləcək.
 
Qeyd edək ki, "Axtarış-2017”  hərbi təlimlərə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi təyinatlı qüvvələri cəlb edilib. Ümumilikdə təlimlərdə 700-ü rusiyalı olmaqla, 1000-dən çox hərbçi iştirak edir.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001