• cümə axşamı, 25 aprel, 03:24
  • Baku Bakı 19°C

Ermənistanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər

20.02.20 15:30 1610
Ermənistanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər
Ermənistanda əsgər anaları hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.
AZƏRTACerməni KİV-lərinə istinadla xəbər verir ki, hökumət binası qarşısında aksiyaya başlayan analar baş nazir Nikol Paşinyan ilə görüşmək istədiklərini bildirirlər. Onlar hökumətdən əsgərlərin öldürülməsinə son qoyulmasını tələb edirlər: "Tələbimiz odur ki, övladlarımızın hərbi xidmətdə öldürülməsinə son qoyulsun. N.Paşinyan bizi qəbul etməlidir və ciddi danışmalıyıq. Bu, belə davam edə bilməz. Nə qədər laqeyd olmalıyıq? Şənbə, bazar və ya gecə olsun, kitabı paylamağa vaxtı varsa, qoy, bizi qəbul etsin. Əsgər kitabdan daha vacibdir”.
banner

Oxşar Xəbərlər