Ermənistanda COVID-19-dan ölənlərin sayı 3575 nəfərə çatıb
Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 196044 nəfərə çatıb.
APA-nın "armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 1192 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 23 nəfər ölüb.
Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3575 nəfərə çatıb.