Ermənistanda COVID-19-a yoluxanların sayı 172 816 nəfərə çatıb
Ermənistanda yeni növ koronavirus infeksiyasına(COVID-19)yoluxanların sayı 172 816 nəfərə çatıb.
APA-nın "armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, son sutka ərzində daha 360 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb.
Ermənistanda indiyədək COVID-19-dan ölənlərin sayı 3202 nəfərə çatıb.