• cümə axşamı, 18 aprel, 17:10
  • Baku Bakı 22°C

Ermənistana hərbi karvanla bağlı Moskvadan - RƏSMİ AÇIQLAMA

24.03.17 19:56 633
Ermənistana hərbi karvanla bağlı Moskvadan - RƏSMİ AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyi Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə əlaqədar məlumatlara rəsmi münasibət açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN Abxaziyaya "C-300” zenit-raket kompleksinin və Gürcüstan vasitəsilə Ermənistana hərbi karvanın göndərilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Nazirlik Gürcüstan ərazisi vasitəsilə Ermənistana Rusiya hərbi karvanının keçirilməsini "fantastik əhvalat” adlandırıb: "Bütün bu siyasi tamaşa martın 28-29-da Cenevrədə keçiriləcək müzakirələrin növbəti raundu ilə əlaqədardır. Görünür, rəsmi Tiflis Cenevrədəki dialoqu sabotaja davam etməyə çalışır və əvvəlcədən bu cür konfrontasion-isterik atmosfer formalaşdırır. Rusiya nümayəndə heyəti İsveçrəyə Zaqafqaziyadakı sabitlik və təhlükəsizlik məsələlərini məhsuldar və sakit şəkildə müzakirə etmək əhval-ruhiyyəsi ilə gedir. Gürcü tərəfdaşlarımızı da, Cenevrə müzakirələrinin digər bütün iştirakçılarını da buna çağırırıq”.
banner

Oxşar Xəbərlər