• cümə, 29 Mart, 13:47
  • Baku Bakı 14°C

“Ermənistan və Azərbaycan arasında qarşıdurma: yeni mərhələ və ya alovlanan münaqişə”

29.07.20 14:00 571
“Ermənistan və Azərbaycan arasında qarşıdurma: yeni mərhələ və ya alovlanan münaqişə”
Moskvadakı "İzvestiya” Multimedia İnformasiya Mərkəzində "Ermənistan və Azərbaycan arasında qarşıdurma: yeni mərhələ və ya alovlanan münaqişə” mövzusunda konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, konfransda çıxış edən "Avrasiya ideyaları emalatxanası” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspertlər şurasının sədri Qrirori Trafimçuk iyul ayında Ermənistan-Azərbaycan sərhədində qarşıdurmanın əsas səbəbini uzun illər davam edən nəticəsiz danışıqlarda görüb. O qeyd edib ki, ATƏT-in Minsk qrupu danışıqlar prosesinin illərlə uzadılmasına və heç bir nəticənin əldə edilməməsinə şərait yaradır. Minsk qrupu nə 2016-cı ilin aprel döyüşləri, nə də bu ilin iyul döyüşləri ilə bağlı araşdırma aparmır, təqsirkarların adlarını bəyan etmir. Əvəzində isə dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada azərbaycanlılar küçələrə çıxmalı, ədalət tələb etməli olurlar. Azərbaycan danışıqlar prosesinin sürətlənəcəyini, onların 2016-cı ilin aprel döyüşlərindən sonra daha başqa müstəvidə gedəcəyini gözləyirdi. Bundan əlavə, ekspertin fikrincə, erməni tərəfinin son illər kəskin ritorikası da münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən ilk olaraq Qarabağın Ermənistan ərazisi olduğunu bəyan edib, qondarma "Dağlıq Qarabağ Respublikası”nın təmsilçilərinin danışıqlar masası arxasına gətirilməsi tələbini irəli sürüb. Əgər Paşinyan Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu bəyan edirsə, ortaya belə bir sual çıxır: Onda danışıqlar nə üçün aparılır?
Qarabağ münaqişəsi üzrə ekspert, "Qız qalası” teleqram kanalının müəllifi Sadatqulu Quliyev qeyd edib ki, danışıqlar prosesində Dağlıq Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılmasının əvəzinə Ermənistanın blokadadan çıxarılması təklifi irəli sürülmüşdü. Lakin Ermənistan bu təkliflə razılaşmadı. Onun fikrincə, hazırda münaqişənin dinc yolla həlli perspektivi yoxdur.
Münaqişənin tarixindən danışan ekspert xatırladıb ki, Dağlıq Qarabağın işğalına qədər bu ərazidə 500 min azərbaycanlı və 150 min erməni yaşayırdı. Münaqişə zamanı 250 min azərbaycanlı Ermənistan qovulmuşdu. Hazırda bir milyondan çox insan Ermənistanın işğalçı siyasətinin qurbanına çevrilib. 2018-ci ildən sonra Ermənistanın mövqeyi daha da sərtləşib və bu səbəbdən danışıqlar prosesində irəliləyiş nəzərə çarpmır.
banner

Oxşar Xəbərlər