• cümə, 29 Mart, 00:35
  • Baku Bakı 7°C

Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev

24.10.20 13:51 555
Ermənistan tərəfindən öldürülən Rusiya vətəndaşı barədə səfirliyiə məlumat verilib - Hikmət Hacıyev

17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Mayakov Artur Vladimiroviç Gəncəyə bibisigilə qonaq gəlmişdi.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilmişdir.
Hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir.
banner

Oxşar Xəbərlər