• cümə axşamı, 25 aprel, 00:24
  • Baku Bakı 19°C

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 119 dəfə pozub

18.04.17 13:20 527
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 119 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli, Quşçu Ayrım, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altındakı Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
banner

Oxşar Xəbərlər