• çərşənbə axşamı, 19 mart, 08:07
  • Baku Bakı 8°C

Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır

28.06.17 11:59 1598
Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır
Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatdır.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan müdafiə naziri Viqen Sarkisyan keçirdiyi mətbuat konfransında deyib.

O, Azərbaycana silah satılmasına pis baxdığını bildirib.

Ermənistan-Rusiya əməkdaşlığına toxunan nazir Rusiyadan silahı bu ölkənin daxili bazar qiymətləri əsasında aldıqlarını bildirib, Rusiya bazarının İrəvan üçün vacib olduğunu deyib.

Qeyd edək ki, iyunun 24-dəAzərbaycan Müdafiə NazirliyiAzərbaycan-Rusiya hökumətlərarası razılaşmaya əsasən ölkəmizə müasir hərbi texnikanın çatdırıldığını açıqlayıb. Bakı limanına gətirilən silah yaxın vaxtlarda cəbhə zonasına göndəriləcək. Bu silah Azərbaycan Silahlı Qüvvələrinin ön xətt bölmələrinin düşmənin zirehli texnikası, mühəndis-istehkam qurğuları, kiçik sürətlihavahədəfləri, canlı qüvvəsi və digər hərbi obyektlərini vurmaq üçün döyüş və manevr imkanlarını artıracaq.
banner

Oxşar Xəbərlər