• şənbə, 20 Aprel, 09:53
  • Baku Bakı 14°C

Ermənistan polisi aktivistə Roma Papasına siyasi məhbuslar haqqında danışmağa imkan vermədi

26.06.16 15:39 1213
Ermənistan polisi aktivistə Roma Papasına siyasi məhbuslar haqqında danışmağa imkan vermədi

Polis uniformasında bir qrup insan Gümrüdə siyasi dustaq Şanta Artünyanın 17 yaşlı oğlunu Şaqeni oğurlayaraq polis avtomobilində saxlayır.
Trend-in epress.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Facebook" səhifəsində Gümri ağsaqqallar Şurasının üzvü Levon Barseqyan yazıb.
"Mən Şaqen ilə telefonla danışdım. O, bildirib ki, Gümrü mərkəzi meydanı yaxınlığında bir qrup insan onu qaçırıb və naməlum istiqamətə aparır", - deyə Levon Barseqyan bildiridi.
İrəvan ağsaqqallar Şurasının üzvü, "İrs" partiyasının təmsilçisi David Sanasaryan sosial şəbəkəsində hadisəyə münasibət bildirib: "Şaqen Roma Papasına bildirmək istəyirdi ki, Ermənistanda təqribən 20 siyasi məhbus var. Bu cür davranış insan hüquqlarının kobud şəkildə pozulmasıdır".
banner

Oxşar Xəbərlər