• cümə axşamı, 25 aprel, 04:02
  • Baku Bakı 19°C

Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb

18.01.21 12:45 396
Ermənistan parlamenti Qarabağa dair üçtərəfli bəyanatın ölkə qanunlarına uyğunluğu məsələsini gündəliyə salmayıb
Ermənistan parlamenti bu gün keçirdiyi iclasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsini gündəliyə salmaqdan imtina edib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, məsələnin gündəliyə salınmasının lehinə 40, əleyhinə 73 deputat səs verib, qərar qəbul olunmayıb.
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr tarixli üçtərəfli bəyanatının qanuniliyi və Ermənistan qanunlarına uyğunluğu məsələsinin gündəliyə salınmasının təşəbbüskarı müxalif "Çiçəklənən Ermənistan” fraksiyası olub.
Parlamentdə 132 yerdən 84-nə sahib olan hakim "Mənim addımım” partiyası isə bunun əksinə çıxış edib, bildirib ki, parlamentin məlum məsələni müzakirə etmək hüququ yoxdur.

banner

Oxşar Xəbərlər