• şənbə, 20 Aprel, 08:44
  • Baku Bakı 14°C

Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb

21.10.20 17:26 1162
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb

Paşinyan bütün əhalini özünü müdafiə dəstələri yaratmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə çağrışı Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı edib.
Ermənistanın baş naziri Nikol Paşinyan bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə müraciət edərək özünümüdafiə dəstələrinin yaradılmasını tapşırıb.
Paşinyanın bu çağırışı artıq məğlubiyyətin açıq etirafıdır. Ermənistan ordusunun bütün gücünü itrdiyini anlayan Paşinyan son variant olaraq əhalini silahlandıraraq Azərbaycana qarşı vuruşmağa təhrik edir.
banner

Oxşar Xəbərlər