• cümə axşamı, 28 mart, 13:51
  • Baku Bakı 16°C

Ermənistan ordusunun Baş Qərargahı Paşinyandan istefa verməyi tələb edib

25.02.21 12:27 374
Ermənistan ordusunun Baş Qərargahı Paşinyandan istefa verməyi tələb edib
Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və onun hökumətindən istefa verməyi tələb edib.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədəBaş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri tərəfindən bəyanat imzalanıb.
Bəyanatda hökumətin əsassız addımlarına, xüsusilə də Baş Qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə kəskin etiraz ifadə olunub.

Bildirilib ki, Tiran Xaçatryanın postundan azad edilməsi ilə bağlı qərar Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib: "Bu cür çətin şərtlərdə belə bir qərar dövlətin əleyhinədir və məsuliyyətsiz bir addımdır”.
Bəyanatda qeyd olunub ki, Baş nazir və onun hökuməti indiki çətin məqamda adekvat qərarlar qəbul etmək iqtidarında deyil: "Uzun müddətdir silahlı qüvvələr hazırkı hakimiyyətin orduya qarşı hücumlarına səbrlə dözür, lakin hər şeyin bir həddi var. Ermənistanın silahlı qüvvələri öz vəzifələrini şərəflə yerinə yetirib.
Mövcud hakimiyyət orqanlarının yarıtmaz idarəçiliyi və onların xarici siyasətdəki ən ciddi səhvləri ölkəni məhv olmaq həddinə çatdırıb. Mövcud vəziyyətə əsaslanaraq silahlı qüvvələr Baş nazir və hökumətin istefasını tələb edir. Ordu hər zaman xalqın yanında olub, xalq da ordunun yanındadır”.

banner

Oxşar Xəbərlər