• cümə, 29 Mart, 16:50
  • Baku Bakı 14°C

Ermənistan müxalifəti iqtidara qarşı cinayət işi açılmasını tələb edir

30.06.20 13:45 484
Ermənistan müxalifəti iqtidara qarşı cinayət işi açılmasını tələb edir
Ermənistanın müxalif "Çiçəklənən Ermənistan”, "Vətən” və "Daşnaksütyun” partiyaları baş prokurorluqdan qanunverici və icraedici hakimiyyət nümayəndələrinə qarşı konstitusiya quruluşunun dəyişdirilməsi, hakimiyyətin qəsb olunması və səlahiyyətləri aşma əlamətləri üzrə cinayət işlərinin açılmasını tələb edib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, müxalifət nümayəndələri bu barədə brifinqdə məlumat veriblər.
"Hakimiyyət iki ildir ki, bütün qanunları və konstitusiyanı pozur. Parlamentin konstitusiyaya düzəlişlər etmək və Konstitusiya Məhkəməsini istefaya göndərmək hüququ yoxdur. Parlament belə düzəlişləri Konstitusiya Məhkəməsi ilə razılaşmadan qəbul edə bilməz. Biz Baş prokurorluqdan konstitusiya quruluşunun dəyişdirilməsi, hakimiyyətin qəsb olunması və səlahiyyətləri aşma əlamətləri üzrə cinayət işlərinin açılmasını tələb edirik”, - deyə "Vətən” partiyasının üzvü Arsen Babayan bildirib.
Qeyd edək ki, iyunun 22-də Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin üç üzvünün istefaya getməsi barədə konstitusiyaya düzəliş edib. Həmçinin düzəlişlərə əsasən, Qrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin rəhbəri qismində səlahiyyətləri əlindən alınıb. Müxalifət isə öz növbəsində düzəlişlərin konstitusiyaya zidd olduğunu hesab edir.
Bir qədər əvvəl biznesmen Qarik Sarukyanın "Çiçəklənən Ermənistan”, Ermənistanın sabiq Milli Təhlükəsizlik naziri Artur Vanesyanın "Vətən” və ölkədə fəaliyyət göstərən "Daşnaksütyun” partiyaları fəaliyyətlərinin ümumi koordinasiyası üçün müştərək qərargah yaratdıqları barədə məlumat yayıb.
banner

Oxşar Xəbərlər