AZE | RUS | ENG |


Ermənistan mətbuatı Senat sədrinin sözlərini təhrif edib

Ermənistan mətbuatı Senat sədrinin sözlərini təhrif edib
Ermənistan mətbuatı bu ölkədə səfərdə olan Çexiya Parlamenti Senatının sədri Milan Steçin keçirdiyi mətbuat konfransında Çexiyadan Azərbaycana silah satışı ilə əlaqədar məsələyə münasibət bildirərkən guya Çexiyanın təhlükəli ölkələrə silah satmadığını söylədiyi barədə məlumat yayıb.
 
Ermənistan mətbuatının yazdığına görə, guya da M. Steç Azərbaycanı nəzərdə tutaraq "Çexiya belə təhlükəli ölkələrə qarşı olan embarqonu dəstəkləyir" ifadəsini işlədib.
 
Lakin APA-nın diplomatik kanallar vasitəsilə Çexiya Parlamenti ilə dəqiqləşdirməsi nəticəsində M. Steçin fikrilərinin təhrif olunduğu məlum olub.
 
Çexiya Parlamentindən bildirilib ki, M. Steç bu mövzuda təxribatçı sualların qarşısını almaq üçün mətbuat konfransının əvvəlində bildirib ki, Çexiya embarqo rejiminə hörmət edərək Azərbaycana silah ixrac etməyib və böhran (münaqişə) regionlarına silah ixrac etmir.
 
Çexiya Parlamentindən təqdim olunan, Milan Steçin çex dilində səsləndirilən açıqlamasının mətnində onun tərəfindən Azərbaycanın ünvanına təhlükəli ölkə ifadəsinin işlədilmədiyi aydın olur.
 
Qeyd edək ki, M. Steçin mətbuat konfransının işıqlandıran Rusiya mətbuatında da onun adından Azərbaycanın haqqında təhlükəli ölkə ifadəsi əksini tapmayıb.
 
Xatırladaq ki, sentyabrın 18-dən Azərbaycanda keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri ilə bağlı yayılan videoda Çexiya istehsalı "Dana” özüyeriyən artilleriya qurğuları və RM-70 yaylım atəşi reaktiv sistemlərinin göründüyü iddia edilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001