• cümə axşamı, 18 aprel, 09:09
  • Baku Bakı 12°C

Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib

23.09.20 11:52 385
Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib
Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib.
Trend-in məlumatına görə, bunu Ermənistan parlamentinin deputatı, "Çiçəklənən Ermənistan” partiyasının baş katibi Naira Zoqrabyan deyib.
O bildirib ki, indi Ermənistan əhalisinin böyük əksəriyyəti hazırkı hakimiyyətin Dağlıq Qarabağla bağlı hansı siyasət yürütdüyünü başa düşmür:
"Hesab edirik ki, indiki hakimiyyət Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini dalana dirəyib. Onların münaqişənin tənzimlənməsi ilə bağlı heç bir mexanizmi, heç bir fəaliyyəti yoxdur və normal sülh prosesinə zərbə vurur. Biz hakimiyyət tərəfindən heç bir addım görmürük. Vaxtilə bəzi nəticələr əldə olunmuşdu, ATƏT Minsk qrupu 2016-cı il Sankt-Peterburq razılaşmalarına müsbət rəy vermişdi. Amma indi? Biz hakimiyyətdən tələb edirik ki, onlar həm Ermənistanın siyasi qüvvələri ilə, həm də xalqı ilə açıq olsunlar, amma biz Dağlıq Qarabağ siyasətində şəffaflıq görmürük”.
banner

Oxşar Xəbərlər