Ermənistan əks-kəşfiyyat idarəsinin rəisi işdən çıxarılıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin rəisi, general-mayor Ohanes Karumyan vəzifəsindən azad edilib.
Trend bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verir.
Məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Artur Qorqyan təsdiqləyib.
O.Karumyanın işdən azad edilməsinin səbəbləri açıqlanmayıb.