AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti

Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır - Türkiyə hökuməti

Cəmiyyət
23 Oktyabr 2020, 11:40 149
Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiya Prezidenti Vladimir Putinin simasında Moskvanın dəqiq mövqeyindən nəticələr çıxarmalıdır.
 
Bunu Trend-ə Türkiyə hökumətindən bildiriblər.
 
Qeyd olunub ki, Ankaranın da mövqeyi aydındır və Azərbaycanın ərazilərinin bir qisminin itirilməsinin əbədi davam edə bilməməsi məsələsində üst-üstə düşür:
"Yerevan istisna olmaqla bütün dünya başa düşür ki, hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycan ərazisində aparılır. Bəzi Qərb marionetlərinin münaqişənin həlli üçün "Qarabağın müstəqilliyini tanımaq” barədə bəyanatları dünya ictimaiyyətinin rəsmi mövqeyi deyil. Dünya ictimaiyyəti Ermənistandan qoşunları Azərbaycan ərazisindən çıxarmağı tələb edir”.

Türkiyə hökumətindən, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində guya Ankara ilə Moskva arasında artan gərginliyi şərh ediblər:
"Moskva və Ankara hər zaman Cənubi Qafqazda sülh və sabitlik tərəfdarı olublar. Bu isə yalnız Azərbaycanın ərazilərinin azad edilməsindən sonra mümkündür”.