• cümə, 19 Aprel, 02:07
  • Baku Bakı 18°C

Ermənistan bunu özü üçün lütf saymalıdır - ŞƏRH

27.01.21 16:00 591
Ermənistan bunu özü üçün lütf saymalıdır - ŞƏRH
"Son iki gündə hayların indiyə kimi havadar gözündə gördükləri 3 ölkənin xarici siyasət məsələlərinə baxan təmsilçilərinin ikinci Qarabağ savaşı haqqında açıqlamalarına diqqət etmək yetər ki, Ermənistanın diplomatik müstəvidə də tam uduzduğu aydın olsun. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovdan başlayaq, o 44 günlük savaşın bir dərs olduğunu bildirir. Və savaşın nəticəsi elə Minsk qrupu həmsədrlərinin təkliflərini əks etdirir deməklə, onu diqqətə çatdırır ki, haylar zamanında onlara qulaq asmadılar, nəticədə həm tutduqları torpaqları boşaltdılar, həm də böyük itkilərlə üzləşdilər".

Kaspi.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev bildirib.

Onun sözlərinə görə,Azərbaycanda səfərdə olarkən torpaqlarımızın azad olunmasına sevindiklərini bildirən İranın Xarici İşlər naziri Cavad Zərif dəpaylaşdığı tvitdə yazır ki, "davamlı sülhə gedən yol hamının faydalanacağı tranzit dəhlizlər də daxil olmaqla əhatəli regional tənzimləmələrdən keçir”.

Deputat qeyd edib ki, Ermənistan revanşist düşüncələrə son qoyub Azərbaycanın əməkdaşlıq haqda təklifindən faydalanmalı və bunu özü üçün lütf saymalıdır: "Və nəhayət ikinci Qarabağ savaşında açıq şəkildə işğalçıya dəstək verən Fransanın Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan dünən Bakıda dediklərinə baxaq. O, döyüşlərin gedişində ölkəsinin çətin durumla üzləşdiyini, ancaq beynəlxaq hüquqa dayanaraq Azərbaycanın torpaq bütünlüyünü tanıdığını dilə gətirdi. Əlbəttə, sual oluna bilər ki, əgər söhbət beynəlxalq normalara uyğun hərəkət etməkdən gedirsə, onda Fransa niyə belə tərəddüdə bulunaraq özünü çətinə salırmış, amma onsuz da hər şey aydındır. Savaşdan elə də çox vaxt keçmədiyindən Prezidenti Makronun və parlamentinin timsalında Fransanın davranışı da unudulmayıb. Lemuanın açıqlamasına gəldikdə isə bu o anlam daşıyır ki, ölkəsi "kiçik bacı” adlandırdıqları Ermənistanın cənab Prezidentin təbrincə desək, belinin sındırılmasıyla barışıb. İndi bizdən istəkləri odur ki, bunu nəzərə alaq və onlarla savaşdan əvvəlki əməkdaşlığı yenə də davam etdirək".
banner

Oxşar Xəbərlər