• cümə, 19 Aprel, 15:25
  • Baku Bakı 25°C

“Ermənistan-2050 strategiyası” - Dünyanın sonu

23.09.20 13:53 377
“Ermənistan-2050 strategiyası” - Dünyanın sonu
Ermənistanın baş naziri Paşinyan 2 gün öncə "Ermənistanın Tranformasiya strategiyası – 2050” təqdimatını keçirib. Strategiyadakı hədəflər 2050-ci ilə qədər bunlardır:
1. Əhalinin sayını 5 milyona qədər artırmaq
2. Ümumi Daxili Məhsulu 20 dəfə böyütmək
3. Dünyanın ən güclü ordusuna sahib olmaq
4. Dünyanın 10 ən güclü xüsusi xidmət orqanlarından birinə sahib olmaq
5. Futbol üzrə dünya və Avropa çempionatının mükafatçısı olmaq
6. Orta əmək haqqını 7 dəfə artırmaq
7. 1.5 mln yeni iş yeri açmaq
8. 25 olimpiya medalı qazanmaq və s....
Ermənistan baş naziri həmişəki kimi cəfəng fikirləri və ideyaları ilə bu dəfə də Ermənistan ictimaiyyətini vədlərlə aldatmağa çalışır. Bəzi rəqəmlərə fikir versək bunu asanlıqla görmək mümkündür.
1. 1991-ci ildən etibarən keçən 29 il ərzində Ermənistan əhalisi hər il azalıb. Rəsmi statistikaya görə 1991-ci ildə 3.6 mln əhalı sayı 2019-cu ildə 2.9 mln olub. Yani son 30 ildə əhali sayı 700 min azalıb. Bu hələ rəsmi statistikadadır. Qeyri-rəsmi mənbələrə görə Ermənistan əhalisinin sayı bu göstəricilərdən xeyli aşağıdır. 2050-ci ilə qədər Ermənistan əhalisinin 5 mln nəfər olması üçün əhalinin orta hesabla hər il 2% artması lazım. Nəyə arxayın olub bu qədər artım planlaşdırıblar – müəammalıdır...
2. Hazırda Ermənistanın ÜDM-i 13.4 mlrd dollardır. 2050-ci ildə qədər ÜDM-in həcmini 20 dəfə böyüdərək 260 mlrd dollar etmək istəyirlər. Bu rəqəmə çatmaq üçün Ermənistan iqtisadiyyatı hər il 10.5% artıma nail olmalıdır və Ermənistan iqtisadiyyatına təqribən 1.2 trln dollar investisiya yatırılmalıdır. Absurd sadəcə! 2050-ci ildə 5 mln əhaliyə və 260 mld dollar ÜDM-ə nail olacaq Ermənistanın adam başına düşən ÜDM-i 52 000 dollar olacaqdır. Müqayisdə üçün deyim ki, hazırda Almaniyanın adam başına düşən ÜDM-i 46 000 dollardır. Heç bir resursu, gələcəyi olmayan bir ölkənin belə absurd hədəflərə iddia etməsi yalnız Ermənistana məxsus ola bilər
3. Hazırda dünya orduları içində 112-ci yerdə qərarlaşan Ermənistan ordusunun 30 ilə dünyanın ən güclü ordusu olacağını hədəfləmək erməni xülyasından başqa heç nə ola bilməz. Başqa orduların, terrorist qrupların arxasında gizlənən, xain hücumlar edən bir ordunun dünyanın ən güclü ordusu olması üçün yalnız dünyanın sonunun gəlməsi lazım.
Bu siyahını çox uzatmaq olar. Ermənistanın 2050-strategiyası o qədər cəfəng və uydurmadır ki, bunu təqdim etmək üçün ki, gərək ancaq erməni Paşinyan olasan. Bu xəstə təxəyüllü, yalançı, uydurma dövlətlə qonşu olmaq bu dünyada ən böyük cəzadır məncə.
Tahir MİRKİŞİLİ
Millət vəkili
banner

Oxşar Xəbərlər