Ermənipərəst konqresmenlərin növbət hədəfi Rusiyadır
Amerika Birləşmiş Ştatlarında həm epidemoloji vəziyyət
ağırdır, həm də bu ölkədə növbəti siyasi çalxalanmaya start verilib.
ABŞ-ın baş infeksionisti Entoni Fauçi həyəcan təbili
çalmaqda davam edir. Məsələb burasındadır ki, ABŞ-da koronavirusa yoluxanların
say 50 mini aşır və baş infeksionist bu rəqəmin 100 minə çatacağını bildirir.
"Hamıya çətin olacaq, bunu mən sizə vəd edirəm” deyən Entoni Fauçi ölkənin fəlakətə
doğru sürətlə irəlilədiyini vurğulayıb. Digər problem ondadır ki, ABŞ-ın Cənubi
Koreya, Sinqapur və ya Yeni Zellandiyadan fərqli olaraq virusa yoluxanların təmaslarını
araşdırması mümkün deyil, həm ölkə böyükdür, həm də gündəlik 40 və ya 50 min
yoluxanın təmaslarını aydınlaşdırmaq və nəzarətə altına almaq fiziki cəhətdən
mümkün deyil. Amerikada infeksiya ilə mübarizə aparanları həm də narahat edən
odur ki, ölkədə əksəriyyət nə maska taxır, nə də sosial məsafəni qoruyurlar,
üstəgəl dövlətin bir nömrəli şəxsi – prezident Donald Tramp da maska taxmır və
bununla başqalarına pis nümunəyə çevrilir. Ağ Ev sahibinin isə virusla mübarizə
aparmaq əvəzinə hələ də günahkar axtarışında olduğunu onun sosial şəbəkədə
yazdığı son status da sübut edir: "Virusun yayılmasına görə Çinə qarşı kinim hər
keçən gün artır”.
Bu arada, Donald Tramp başqa bir təhlükə ilə də üzləşib.
Trampın rəqibləri onu dövlət və milli maraqları diqqətə almamaqda
günahladırırlar. Qalqamal "Nyu York Tayms” qəzetində yayınlanan məqalədən sonra
başlayıb. Məqalədə göstərilib ki, Rusiya
hərbi kəşfiyyatı Əfqanıstanda daha çox amerikalı hərbçiləri öldürmələrinə görə
Taliban üzvlərinə pul ödəyirmişlər. Bunu Əfqanıstanda amerikan hərbçilərinin ələ
keçirdikləri Taliban üzvləri etiraf ediblər.
Demokratlar Trampı ona görə tənqid edirlər ki,
Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya ilə Taliban arasındaki gizli əlaqələri
Ağ Ev sahibinə məruzə edib, ancaq o Rusiyaya qarşı heç bir tədbir görməyib.
Demokratlar hesab edirlər ki, Donald Tramp Amerikanın maraqlarını Rusiya ilə
yaxınlaşamaya satıb.
Donald Tramp və Respublikaçılar Partiyası qəzet məqaləsindəki
məlumatların saxta olduğunu iddia edirlər. Pentaqon generalları da Rusiya kəşfiyyatı
ilə Taliban hərəkatının ABŞ hərbçilərinə qarşçı gizli sövdələşməsi barədə məlumata
malik olmadıqlarını bildiriblər.
Buna baxmayaraq, prezident seçkisində Trampın əsas
rəqibi olan demokrat Cozef Bayden əlinə düşən fürsətdən istifadə etməyə
çalışır. Baydenin fikrincə, Donald Tramp ona verilən məlumatlara baxmayaraq
Moskvaya qarşı sanksiyaları sərtləşdirməyib. Bayden onu da deyib ki,
vitse-prezident olduğu illərdə Vladimir Putinlə bir neçə dəfə təkbətək görüşləri
olub: "Kreml sahibi ilə açıq danışıqlarım olub, ona görə Putin mənim ABŞ-ın
növbəti prezidenti olmağımı istəmir”. Bayden hesab edir ki, Tramp Putinlə əlaqələrini
zəiflətməmək üçün ona verilən kəşfiyyat məlumatlarını heçə sayıb.
Demokratların nəzarətində olan Konqresin Nümayəndələr
Palatası da Trampa qarşı hərəkətə keçib. Nümayəndələr Palatası ötən il çox
çalışdı ki, Ukrayna məsələsinə görə Trampa qarşı impiçment proseduruna
başlanılsın. Alınmadı. Respublikaçıların nəzarətində olan Senat Nümayəndələr
Palatasının qərarını təsdiq etmədi.
Nümayəndələr Palatası prezident seçkisi öncəsində Trampa növbəti zərbəni
vurmağa hazırlşır və bu işin başında ermənipərəst konqresmenlər dayanırlar.
Nümayəndələr Palatasının erməni təəsübkeşi olan Nensi Pelosi vaxt itirmədən
Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiqinə çağırıb. Ona digər ermənipərəst
konqresmen Bob Menendes dəstək verib. Menendesin hərbi büdcəyə qəbul etdirdiyi
düzəliş Rusiya prezident Vladimir Putinə qarşı sanksiyaları nəzərdə tutub.
Beləliklə, Pelosi-Menedes ikilisi Ağ Ev sahibi ilə
yanaşı Rusiyanı və Vladimir Putini hədəf seçiblər. Bob Menendesin fəallığını
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peksov belə şərh edib ki, hazırda
Vaşinqtonda anlaşılmayan çox hadisə baş verib.
Qəribə mənzərədir. Nensi Pelosi və Bob Menendes Ermənistanın
Azərbaycan əleyhinə işğalçı siyasətini dəstəkləyirlər. Ermənistan isə Rusiyanın
bölgədəki strateji müttəfiqidir. Nensi Pelosi və Bob Menendes eyni zamanda həm
Ermənistanın dostu, həm də Rusiyanın düşmənidirlər. Eyni zamanda ermənipərəst
konqresmenlərin dəstəyindən faydalanan Ermənistan amerikalı dostlarının
Rusiyaya qarşı səlib yürüşünə səssizdir. Görəsən, Kremlin dəhlizlərində araşdıran
varmı ki, Moskvanın siyasi, iqtisadi və hərbi dəstək verdiyi Ermənisanın
Amerikadakı dostları niyə Rusiya əleyhinə qərarlar qəbul edirlər? Bəlkə buna görə Ermənistandan hesabat istənilməlidir?
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi