• cümə axşamı, 28 mart, 22:15
  • Baku Bakı 13°C

Ermənilər yanğınsöndürənlər və jurnalistlərimizi atəşə tutdu

29.05.14 18:40 968
Ermənilər yanğınsöndürənlər və jurnalistlərimizi atəşə tutdu
Xəbər verildiyi kimi, bu gün saat 17 radələrində erməni silahlıları Tərtərin Qapanlı kəndini atəşə tutublar. Kənd sakini Xuraman Məmmədovaya məxsus mal-qaranın qış ot ehtiyatı yandırıcı güllərdən açılan atəş nəticəsində alovlanıb.
Milli.Az El TV-yə istinadən xəbər verir ki, alovu söndürmək üçün hadisə yerinə FHN-nin Tərtər rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Bu zaman yanğınsöndürənlər, eləcə də hadisə yerində çəkiliş aparan jurnalistlər də ermənilərin atəşinə məruz qalıblar. Onların arasında El TV-nin Qarabağ bölgəsi üzrə müxbiri Daşqın Abdullayev də olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
banner

Oxşar Xəbərlər