AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənilər müharibə dövründə Azərbaycanın rayon və şəhərlərinə 30 minə yaxın mərmi və 227 raket atıb

Ermənilər müharibə dövründə Azərbaycanın rayon və şəhərlərinə 30 minə yaxın mərmi və 227 raket atıb

Cəmiyyət
25 Yanvar 2021, 12:40 155
Vətən müharibəsi zamanı Azərbaycanın rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb.
 
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. 
 
O qeyd edib ki, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.