• cümə, 19 Aprel, 02:59
  • Baku Bakı 18°C

Ermənilər müdafiə nazirini hərbi xidmətdən yayınmaqda ittiham edirlər

09.11.17 09:00 1698
Ermənilər müdafiə nazirini hərbi xidmətdən yayınmaqda ittiham edirlər
Ermənistanda dinc əhali hər sahədə olduğu kimi, ordu müstəvisində də Sarkisyan iqtidarına etimadını tamamilə itirib. Bunun nəticəsidir ki, hamı ordudan yayınmağa çalışır, övladlarını başqa ölkələrə göndərir. Ötən gün də tələbələr Yerevanda hərbi xidmətdənmöhlət hüquqlarının məhdudlaşdırılmasına etiraz olaraq növbəti aksiya keçiriblər. Erməni KİV-ləri xəbər verir ki, YerevanDövlət Universitetinin yaxınlığında baş tutan mitinqəbuali təhsil müəssisəsinin tələbələri qoşulublar. Gənclər noyabrın 7-nietiraz tətili günü elan edərəkdərsə getməyiblər.OnlarMüdafiə Nazirliyinin hazırladığı "Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz edirlər. Tələbələr "Möhlət olacaq!”, "Müəllimlər, bizə qoşulun!” şüarları səsləndiriblər.
Qeyd edək ki,tələbələr oktyabrın 25-də də parlamentin binası qarşısında "Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz aksiyası keçirmişdilər.
Xatırladaq ki,Ermənistanda hərbi mükəlləfiyyətlə bağlı yeni qanun layihəsində təhsilə görə möhlət hüququ nəzərdə tutulmayıb.
Qeyd edək ki, indiyə qədər Ermənistanda ali məktəbə daxil oldunsa, əsgərliyə çağırmırdılar. Amma yeni müdafiə naziri Vigen Sarkisyan bu imtiyazı ləğv edən qanun layihəsi hazırlatdıraraq parlamentə təqdim edib. Qanun layihəsinə görə, hərbi xidmətə möhlət hüququ bir halda verilə bilər - ali məktəbə daxil olmuş şəxs Müdafiə Nazirliyi ilə müqavilə bağlayır ki, təhsilini başa vurandan sonra əsgər gedəcək, özü də 2 il yox, 3 il hərbi xidmət keçəcək. Bir çoxları düşünür ki, bu, Ermənistan elminə zərbə olacaq, hərbi xidmətdən qayıdan gənclər elmlə məşğul olmayacaqlar.
Amma parlamentdəki müzakirə heç də hamar getmir. Müxalifət partiyasından olan deputatlar nazirin öz keçmişini, onun keçdiyi hərbi xidməti sorğulamağa başlayıblar. Necə olub ki, ona 8 il möhlət verilib? 1992-ci ildə əsgərliyə getməli olan Sarkisyan yalnız 2000-ci ildə hərbi xidmətə yollanıb. Nazir isə deyir ki, qanunsuz heç bir iş tutmayıb və əgər onun əsgərliyi ilə bağlı sənədlər ictimaiyyətə açıqlansa, bütün şübhələrə son qoyulacaq. "Yolk” fraksiyasından olan deputat Nikol Paşinyan ölkənin hərbi komissarı Henrix Muradyana müraciət edib ki, nazirə möhlət haqqının hansı əsaslarla verildiyi barədə sənədləri ona təqdim etsin. Mübahisəni qızışdıran həm də bu günlərdə keçmiş müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanın Facebookda yazdıqları olub. O, ad çəkmədən yazıb ki, "bu gün yüksək tribunadan başqalarına hərbi xidmətlə bağlı dərs keçən məmur vaxtilə özü ordudan yayınıb”. R.Xaçatryan ad çəkməsə də, nazirin mətbuat katibi Arsrun Ovannisyan ona cavab verib. Keçmiş nazirin xanımına Cinayət Məcəlləsindəki yalan məlumat yayma haqda maddəni xatırladan mətbuat katibi bildirib ki, Sarkisyan ordudan yayınmayıb və heç zaman hərbi polis tərəfindən axtarılmayıb. Ermənistan hökumətinin saytında qeyd edilir ki, Sarkisyan 1992-96-cı illərdə Sankt-Peterburqda Şimal-Şərq Dövlət Xidməti Akademiyasında təhsil alıb. 1992-99-cu illərdə Yerevan Dövlət Universitetində oxuyub və diplomatiya tarixi və beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. 1998-2000-ci illərdə Tafts və Harvard universitetlərinin Hüquq və Diplomatiya üzrə Fletçer Məktəbində təhsil alaraq magistr dərəcəsinə sahiblənib.
Yeri gəlmişkən, Ermənistan parlamentində hərbi hazırlıq və hərbi xidmətlə bağlı yeni qaydalar haqqında qanunvericiliyin tənzimləməsinə dair müzakirələr zamanı müdafiə naziri ölkənin müdafiəsində iştirak etmək üçün Konstitusiya öhdəliyinin hər kəsə çatdırılmalı olduğunu bildirib. Erməni nazirin bu açıqlaması onu gülünc durumda qoyub. Çünki, Ermənistanordusunda xidmət etməyən vəzifəli şəxslər, nazirlər haqqında dəfələrlə məlumat yayılıb və cəmiyyətin böyük əksəriyyəti bu kimi bəyanatları artıq ciddi qəbul etmir. Faktiki olaraq,orduda xidmət etməyən nazir, deputat və komitə rəisləri "təhsil” adı altında xidmətdən yayınıblar. Nazirlikdə sırf hərbi xidmət məsələsi ilə bağlı VigenSarkisyanvə baş qərargah rəisi Movses Hakopyan arasında münasibətlərin gərgin olması da hər kəsə bəllidir. Bu baxımdan,erməninazirin açıqlamaları yalnız görüntü xarakteri daşıyır. Ordudan yayınanlar arasında milli təhlükəsizlik xidmətinin rəisi Georgi Kutoyan, təbiətin mühafizəsi naziri Artsvik Minasyan, Dövlət Gəlirlər Komitəsinin sədri Vardan Harutyunyan, Mülki Aviasiya baş idarəsinin rəisi Sergey Avedisyan, Yerevan şəhər meri Taron Markaryan, parlamentin vitse-spikeri Edvard Şarmazanov və onlarla deputat var.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq Ermənistan ciddi əsgər problemi ilə üzləşib. Əksəriyyət artıq işğal altında olan torpaqlarda xidmət edib qurbana çevrilmək istəmir. İndi əhalinin böyük əksəriyyəti bu fikirdədir ki, hakimiyyətin yarıtmaz siyasəti getdikcə daha çox erməni hərbçisinin həyatını itirməsi ilə nəticələnir və buna görə iqtidardan məsuliyyətli davranış tələb edilməyincə vəziyyət daha da pisləşəcək. Buna sübut kimi ötən ilin aprel ayında yaşananları göstərmək olar.
Erməni siyasi şərhçi Sarkis Artsruni qeyd edir ki, qeyri-qanuni münasibətlər, korrupsiya Ermənistan ordusunu ağuşuna alıb: "Keçmişdə orduda hökm sürən özbaşınalığın səbəbi kimi müdafiə naziri Seyran Ohanyanla baş qərargah rəisi Yuri Xaçaturov arasındakı gərgin münasibətləri göstərirdilər. Lakin bu gün həmin şəxslər yoxdur, amma ordudakı pis vəziyyət davam edir.
Azər
banner

Oxşar Xəbərlər