• cümə, 29 Mart, 18:13
  • Baku Bakı 14°C

Ermənilər İsrailin Azərbaycandakı səfirinə qarşı qarayaxma kampaniyasına başlayıblar

23.05.20 20:45 630
Ermənilər İsrailin Azərbaycandakı səfirinə qarşı qarayaxma kampaniyasına başlayıblar
Amerikanın Erməni Milli Komitəsi (ANCA) İsrailin Azərbaycandakı səfiriCorc Dikə qarşı qarayaxma kampaniyasına başlayıb.
"Report” xəbər verir ki, komitənin "Twitter” səhifəsində səfirlə bağlıtəxribat xarakterli məlumatlar yayılıb.
Komitə üzvləri, ABŞ-dakı erməni lobbisinin fəallarıvə onları dəstəkləyənlər isə paylaşımın altındaC.Diki təhqir edən şərhlər yazırlar.
Ermənilərin qarayaxma kampaniyasına başlamasınaC.Dikin "Twitter”də Azərbaycanın ABŞ-dakı səfiriElin Süleymanovvə ümumən Azərbaycan haqqında xoş sözlərdən ibarət status yazmasısəbəb olub. İsrailli diplomat yazıb:"Mənim dostum səfirElin Süleymanovİsrail-Azərbaycan arasındakı yaxın münasibətlərə görə ən xoş sözlərə layiqdir. Onun bizim dostluğumuza olan sarsılmaz inamı ürəkaçandır. Bizim dostluğumuz tolerantlıq və nifrətlə antisemitizmin qəbuledilməzliyinə söykənir. Təəccüblü deyil ki, israillilər Azərbaycana səfər etməyi sevir”.
İsrailin 36 yaşlı diplomatının bu sözləri amerikalı ermənilərin qəzəbinə səbəb olub. İş o həddə çatıb ki, Amerikanın Erməni Milli Komitəsinin rəsmi "Twitter” səhifəsində bununla bağlı tvit paylaşılıb:
"İsrailin Azərbaycandakı səfiri xristian ərəb olanCorc DikArtsax və Ermənistan xristianlarına qarşı yüzillik Azərbaycan irqçiliyi, dözümsüzlüyü, şiddəti və müharibənin görməzdən gələrək Bakının "nifrəti qəbuledilməz” saymağını yüksək qiymətləndirib”.
Bununla belə, komitənin paylaşımını tənqid edən də olub. Belə ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis, amerikalıİrina Tsukermanpaylaşımın altında belə yazıb:
"Yəni bütün xristianlar Ermənistanın təbliğat və rəsmi siyasətini izləməlidirlər? O, Ermənistanın antisemitizm, irqçilik və etnik təmizləmə tarixini də görməzdən gələ bilərmi? Yeri gəlmişkən, niyə paylaşımınızda anti-İsrail rəylərinə qarşı belə dözümlülük sərgiləyirsiniz?”.
banner

Oxşar Xəbərlər