Ermənilər işğal altında olan Böyük Mərcanlı kəndində yanğın törədiblər
Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün günorta saatlarındanCəbrayılrayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunur.
Yanğın geniş ərazini əhatə edir. Küləklihavayanğının daha da genişlənməsinə şərait yaradır.