• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Ermənilər dinc sakinlərimizi atəşə tutub, ölən və yaralananlar var

28.04.16 10:29 1703
Ermənilər dinc sakinlərimizi atəşə tutub, ölən və yaralananlar var
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb.
APA-nın xəbərinə görə, evə mərmi düşməsi nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu xəsarət alıb.
O, Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Həmçinin ermənilərin atdığı top mərmisi Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, ötən gün saat 23.30-dan etibarən Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.
Düşmən yaşayış məntəqələrini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.
X X X X
Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var.
APA-nın xəbərinə görə Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib.
Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Hüseynov Əli Museyib oğlu və Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti ağırdır.
Xəstəxanadan APA-ya verilən xəbərə görə, digər yaralılar Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur.
Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.
Bu gecə həmçinin ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşayış evi yanıb.
Belə ki, Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Mərmi düşən evdə yanğın baş verib. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər.
banner

Oxşar Xəbərlər