• cümə, 29 Mart, 19:12
  • Baku Bakı 14°C

Erməni vəkillərdən hakimiyyətə tələb

16.09.17 10:00 829
Erməni vəkillərdən hakimiyyətə tələb
Ermənistanda insan haqlarının kobud şəkildə pozulduğu, polis zorakılığı və işgəncələrin adi hal olduğu barədə mütəmadi olaraq beynəlxalq təşkilatların hesabatları dərc edilir, yerli mətbuatda məlumatlar yer alır. Artıq iş o yerə çatıb ki, insanların hüquqlarını müdafiə edən vəkillər belə, etirazlara başlayıblar. Hazırda 200-ə yaxın vəkilin aclıq aksiyasına başlaması ölkə gündəminin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Vəkillər məhkəmələrdə və cəzaçəkmə müəssisələrində qanunsuz araşdırmalar və axtarışlara qarşı etiraz edirlər.
Bundan əvvəl də vəkillər üzləşdikləri qanunsuzluqlarla bağlı aksiya keçirəcəklərinə dair xəbərdarlıqlar etmişdilər. Amma hakimiyyət bütün bunları qulaqardına vurmağa çalışıb. Bu da qarşı tərəfi etirazlara başlamağa sövq edib. Tətil iştirakçılarının keçirdiyi müzakirə zamanı vəkilTiqran Atanesyan bildiribki, durum dəyişməsə, etiraz aksiyası davam edəcək və daha geniş miqyas alacaq. "Vəkillərə ədalət yoxdur. Əldə hansı dəlillər olur-olsun, vəkilin iştirak etmədiyi hər hansı məhkəmə prosesi artıq tam deyil. Ümid edirik ki, birgünlük aksiya dövlət orqanlarının bu problemi daha dərindən öyrənərək hamıya uyğun bir qərar çıxarmasına yetər”, -deyə Atanesyan bildirib. Tətil iştirakçılarından biri,Yervand Varosyansual edib ki, "vəkillərin təhlükəli əşyalar gətirərək cinayətə şərait yaratması ilə bağlı presedent varmı?” "Sasna tsrer” silahlı qruplaşmasının işi üzrə vəkil Muşeq Şuşaniyan isə deyib ki, vəkillərin məhkəmə zalına girərkən çantalarının yoxlanması ilə bağlı görünməmiş təqiblər təxminən üç ay öncədən, Yerevan polisinin polis patrul xidmətini tutmuş silahlı dəstənin işi üzrə məhkəmə prosesi başlayandan bəri həyata keçirilir. Bu üç ay ərzində cəmi iki məhkəmə iclasında iştirak edə bilmiş Suşanyan əmindir ki, Vəkillər Palatası öncədən onların maraqlarını müdafiə etsəydi, bu problemlər yaranmazdı.
Müzakirələrdə vəkillər palatasının sədri Ara Zöhrabyan da iştirak edib. O da, özünün dediyinə görə, vəkillərlə həmrəylik əlaməti olaraq müzakirəyə qoşulub. Ancaq o həm də tətildə iştirak etmədiyini vurğulayıb. Zöhrabyan öz ünvanına ittihamları "əsassız” adlandırıb. O deyib ki, məhkəmələrdə baş verən axtarış yox, baxışdır və bu, qanunla nəzərdə tutulub. "Əgər vəkil çantasını açmaqdan imtina edirsə, axtarış zamanı vəkildən heç nə soruşmurlar, çantasını götürüb açırlar. Bax, bu axtarışdır. Ancaq vəkilin çantasına heç kim toxunmursa, burada axtarışdan söhbət getmir”, -deyə Ara Zöhrabyan bildirib. "Mən Vəkillər Palatasını dərhal kəskin addımlar atmağa vadar edə bilmərəm. Əminəm ki, bunu məndən yaxşı bilirsiniz. Ən azı, tarazlı hərəkət etməliyəm. Çünki indi burada 30 vəkil var və bu 30 vəkilin fikri, məsələn, 200 vəkillə üst-üstə düşməyə bilər. Mənsə hamının maraqlarını nəzərə almağa borcluyam”, -Zöhrabyan deyib. Vəkillər Palatasının rəhbəri hesab edir ki, baxışın qaydası problem doğurur və onlar tədricən Məhkəmə Departamentinin güzəştə getməsinə çalışırlar.
Yol verilən qanunsuzluqlarla bağlı bəyanat yayan vəkillər hüquq müdafiəçilərinə, onların peşələrinə, toxunulmazlıqlarına qarşı aparılan hücumlara və Ermənistanda insan hüquqlarına münasibətin getdikcə dözümsüz hal almasına qarşı etiraz etdiklərini bildiriblər. Vəkillər öz bəyanatlarında qeyd ediblər ki, bu addımla onlar Ermənistandakı hüquq müdafiəçilərinin fəaliyyətini əngəlləyən çirkin təzahürlərin aradan qaldırılmasına çalışırlar. "Vəkillər Palatasının nümayəndələri vəkillərin təqibini gerçəkləşdirən alətə çevriliblər. Belə təəssürat yaranır ki, Palata nümayəndəsi qarşısında azad vəkillərə qarşı kampaniya aparmaq vəzifəsi durur”, –deyə Muşeq Şuşaniyan bildirib. Vəkil Lusine Sahakyanbuna etiraz edərək deyib ki, vəkillər baxışa məcbur edilirlər, çünki əks halda onlar məhkəmə binasına daxil olmaq imkanından məhrumdurlar.
Vəkillər Palatası və Məhkəmə Departamenti təqribən bir ay öncə birgə bəyanat verərək, vəkillərin məhkəmə zalına girərkən yoxlanması qaydalarını müəyyən ediblər. Vəkillər Palatasının keçmiş sədriRuben Sahakyan isə ötən gün keçirilən müzakirədə buna təəccübləndiyini bildirib: "Axtarış aparılmasa belə, baxış qaydalarını necə heç bir hüquqi qüvvəsi olmayan bəyanatla müəyyən etmək olar?” "Mənə desələr ki, bu bizim qanunumuzdur və ona uyğun olaraq, sənin üzərində baxış keçirməliyik, özümü alçaldılmış hiss edərəm”, - deyəVəkillər Palatasının keçmiş sədri bildirib.
Azər NURUYEV
banner

Oxşar Xəbərlər