• cümə, 19 Aprel, 15:49
  • Baku Bakı 25°C

Erməni terroru və separatizmi ilə bağlı layihənin icrasına başlanılıb

25.07.16 11:03 1032
Erməni terroru və separatizmi ilə bağlı layihənin icrasına başlanılıb
"İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Erməni terroru və separatizmi sivil dünya üçün təhlükədir - Xocalı soyqırımının təbliğinə dair təşəbbüslərə dəstək” layihəsinin icrasına başlayıb.
İB-dən verilən məlumata görə, layihə Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaranmış dövlət olaraq sonrakı dövrlərdə yeni Azərbaycan torpaqları hesabına öz ərazilərini genişləndirmək məqsədilə həyata keçirdiyi işğal və Xocalı soyqırımı aktının mahiyyətini ölkə və dünya ictimaiyyətinə çatdırmaq, erməni terrorunun iç üzünü açıq şəkildə ortaya qoymaqdan bəhs edir.
Layihənin məqsədi dövrü mətbuatı, elektron kütləvi informasiya vasitələrini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinə, Xocalı soyqırımı, habelə Azərbaycan həqiqətlərinin təbliğinə cəlb etmək, erməni lobbisinin Azərbaycana qarşı başlatdığı informasiya müharibəsinə cavab verməkdir.
Layihənin icra müddətində Xocalı soyqırımı ilə bağlı keçirilən Dəyirmi masalar, görüşlər vasitəsi ilə erməni terroru və separatizmi ifşa ediləcək, mətbuatda və radioda, yerli və xarici internet resurslarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terroru və Xocalı soyqırımı ilə bağlı həqiqətləri əks etdirən materiallar yayılacaq, ölkə və dünya ictimaiyyəti Azərbaycana qarşı erməni təcavüzü və erməni terrorunun nəticələri barədə məlumatlandırılacaq.
Layihənin icra müddəti 4 aydır.
banner

Oxşar Xəbərlər