• cümə, 29 Mart, 04:19
  • Baku Bakı 7°C

Erməni təcavüzü nəticəsində dəymiş ziyanın qiymtləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirildi

09.11.20 19:35 418
Erməni təcavüzü nəticəsində dəymiş ziyanın qiymtləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının ilk iclası keçirildi
Bu gün Azərbaycan Respublikası Prezidentinin "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirildi ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.
banner

Oxşar Xəbərlər