• çərşənbə axşamı, 16 aprel, 14:43
  • Baku Bakı 19°C

Erməni siyasətçi aclıq aksiyası keçirir

22.11.17 09:00 2510
Erməni siyasətçi aclıq aksiyası keçirir
Ermənistanın siyasi mənzərəsi son dərəcə qarışıq olaraq qalır. Ölkənin siyasi həyatında bir növ "idarəolunan xaos” yaranıb. Demək olar ki, paytaxt Yerevan hər gün etiraz aksiyalarına ev sahibliyi edir. Bu dəfə antirusiya baxışları ilə tanınan sovet dövrünün tanınmış dissidentiParuyr AyrikyanErmənistan Mərkəzi Seçki Komissiyasının "qeyri-konstitusion” davranışına etiraz olaraq aclıq aksiyasına başlayıb. Ayrikyan "Milli Özünütəyin” Birliyinin sədridir, prezidentliyə namizəd də olub. O bəyan edib ki, MSK ona Konstitusiya islahatları üçün imzatoplama kampaniyası başlatmağa lazım olan sənədləri verməməklə ölkənin ali qanununu pozub. Həyatının 18 ilini sovet həbsxanasında keçirmiş Ayrikyan 2013-cü ildə prezidentliyə namizəd olarkən güllələnib və yaralanıb. Daha çox paranormallığı ilə tanınan bu siyasətçi ölkədə mənfi nə baş verirsə, orada "Kremlin əli”ni görür. O, illərdir Ermənistan Konstitusiyasına dəyişikliklər tələb edir, deyir, bu dəyişikliklər ölkəni "tam demokratiya”ya aparar, "qüsurlu seçki sistemi səbəbindən heç bir vətəndaşın səsi itməz”. Ermənistanın 2015-ci il referendumunda qəbul olunmuş yeni Konstitusiyasının 202-ci maddəsinə görə, ali qanuna dəyişiklik təşəbbüsündən ötrü azı 200 min vətəndaşın imzası gərəkdir. "Qəribə cavab almışıq, görünür, onlar ya 2015-ci il referendumunu tanımır və yeni Konstitusiyanı qəbul etmirlər, ya da bu yeni sənədin qanuniliyini sual altında qoyurlar”, - deyə Ayrikyan vurğulayıb. Hələlik, yeni Konstitusiyanın heç də bütün maddələri qüvvəyə minməyib. Keçid dövrü maddələrinə görə, sözügedən dəyişiklik də Ermənistanın yeni prezidenti gələn yaz vəzifəyə keçincə hüquqi qüvvəyə minəcək. Ancaq Ayrikyan hələ də imzatoplama kampaniyası hüququndan yararlanmağa çalışır. MSK sədriTiqran Mukuçyanötən həftəsonu jurnalistlərə deyib ki, Ayrikyana imza toplamağa lazım olan sənədlərin verilməməsinin səbəbi referendumla bağlı mövcud qanunun belə bir proseduru nəzərdə tutmamasıdır. Qeyd edək ki, Ayrikyan ilk dəfə deyil siyasi tələblə aclıq aksiyası keçirir. 2014-cü ildə Ermənistan Rusiyanın rəhbərlik etdiyi ticarət blokuna qoşulmaq qərarı verəndə də o, oxşar etiraz formasına əl atmışdı. P. Ayrikyan Ermənistanın müstəqil ölkə olmadığını, Rusiyadan asılı olduğunu söyləyib. Onun fikrincə,Vladimir Putinsovet imperiyasını bərpa etmək istəyir.O zaman Ayrikyan bir həftə aclıq elədi, prezidentSerj Sarkisyanın istefasını, hakimiyyətin avropapərəst qüvvələrə keçməsini tələb etdi. Hazırda o, aclıq aksiyasını Yerevanda seçki komissiyası binasının önündə keçirir.
Yuxarıda qeyd etdiyimiz kimi, adıçəkilən siyasətçi Rusiyaya qarşı sərt mövqeyi ilə tanınır. Dəfələrlə bildirib ki, əgər əvvəllər Rusiyanın buradakı agentlərinin və nökərlərinin təsiri altında olan insanların sayı çox idisə, indi onlar qəflət yuxusundan ayılırlar, situasiyanı dəqiq dəyərləndirməyə başlayırlar. "Yalnız şərəfsizlər və casuslar hələ də deyirlər ki, Rusiya Ermənistanın müdafiəçisidir, bizi Türkiyədən qoruyur”, - deyə o, bu yaxınlarda bildirib. Məlumat üçün bildirək ki, bütün şüurlu həyatı boyu dissident kimi fəaliyyət göstərən P.Ayrikyan hələ 1988-ci ildə Qarabağ separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etmiş, əksinə ermənilərin çıxış yolunun SSRİ-dən ayrılmaqda və Azərbaycanla konfederativ dövlətdə birləşməkdə olduğunu bildirmişdi. Buna görə o, Ermənistanda təqib edilən siyasi xadimlərdən biridir. Nə qədər qızğın bir erməni millətçisi olsa da, Ayrikyan daha çox sülhpərvər bəyanatları ilə tanınır.Bu şəxsSumqayıt hadisələrini Moskvanın törətdiyini də deyib və bildirib ki, Moskva erməni və Azərbaycan xalqlarını üz-üzə qoymaq üçün bu hadisələri törədir. Maraqlıdır ki, məhz bu sözlərinə görə o vaxtkı SSRİ rəhbəri Qorbaçov onu həbs etdirmişdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər