• çərşənbə axşamı, 23 aprel, 19:45
  • Baku Bakı 20°C

Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə minaatanlardan 50-dək mərmi atıb

20.05.17 11:15 790
Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərinə minaatanlardan 50-dək mərmi atıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan da (49 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub.
APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu, Ağbulaq,Ağdamkəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt,Ağdamrayonunun Şıxlar, Şirvanlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli, Novruzlu, Yusifcanlı, Mərzili,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər,Ağdam,Xocavənd,FüzulivəCəbrayılrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
banner

Oxşar Xəbərlər