• cümə, 29 Mart, 12:28
  • Baku Bakı 14°C

Erməni şagirdlər Azərbaycana gələcək

07.05.15 12:27 866
Erməni şagirdlər Azərbaycana gələcək
Erməni şagirdlər bu il Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklər.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, onların Azərbaycana səfəri 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevanın dəvəti əsasında baş tutacaq.
Erməni məktəblilərinin olimpiadalarda iştirakının vacibliyi nəzərə alınaraq, Ermənistanın Olimpiya komandası iyulun 20-29-da Bakıda keçiriləcək beynəlxalq kimya olimpiadasında iştirak etmək qərarına gəlib. Hazırda Ermənistan komandasının olimpiadada iştirakı ilə bağlı hazırlıq işləri gedir.
Ermənistan Olimpiya komandasını Ermənistanın elm və təhsil naziri Armen Aşotyan müşayiət edəcək. Azərbaycan Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə təminatı verdikdən sonra Ermənistanın olimpiadada iştirakı məsələ dəqiqləşəcək.
banner

Oxşar Xəbərlər