• cümə axşamı, 28 mart, 23:48
  • Baku Bakı 13°C

Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"

01.04.20 11:15 683
Erməni QHT rəhbəri: "Ölkədə koronavirusla bağlı yalan xəbərlər yayılır"
Ermənistanda koronavirusa yoluxanlar və bu infeksiyadan ölənlərlə bağlı əhaliyə saxta informasiya verilir.
"Report” "Aysor”a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan "Azad" İnformasiya Mərkəzinin direktoru və təsisçisi Şuşan Doydoyan özünün "Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, rəsmi mənbələrin yalan informasiya yayması jurnalistləri və ictimaiyyətdə çaşqınlıq yaradır: "Bu isə yanlış informasiyaların yayılmasına səbəb olur. Hər gün virusdan ölən və ona yoluxanlarla bağlı müxtəlif mənbələrdən məlumat yayılır".
"Nəhayət qərarlaşdırın, hansı rəsmi informasiya mənbəyi daha uyğundur - Vahid informasiya mərkəzi, Səhiyyə Nazirliyinin mətbuat katibinin "Facebook” səhifəsi, Səhiyyə Nazirliyinin, yaxud hökumətin "Facebook”, hökumətin iclasından birbaşa yayım. Bizə dəqiq, vaxtında və bitkin informasiya lazımdır”, - deyə o bildirib.
banner

Oxşar Xəbərlər