• çərşənbə axşamı, 23 aprel, 19:50
  • Baku Bakı 20°C

Erməni iddialarına tutarlı və sərrast cavab - Foto

28.11.16 13:32 2281
Erməni iddialarına tutarlı və sərrast cavab - Foto
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, eyni zamanda Naxçıvan Dövlət Universitetinin "Beynəlxalq münasibətlər” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Arif Şıxəliyevin "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyası çap olunub. Araşdırma Böyük Britaniyanın Milli Arxivlərində yer alan qiymətli sənədlər əsasında hazırlanıb. Bu sənədlərdə erməni faktorunun böyük güclər, xüsusilə də İngiltərə üçün əhəmiyyətini ifadə edən ingilis dövlət adamlarının öz aralarındakı yazışmaları və yüksək səviyyəli rəsmi şəxslər tərəfindən imzalanmış çox gizli raportlar mövcuddur ki, bunlar müəllif tərəfindən geniş təhlil edilərək tədqiqata cəlb olunub.

Qeyd edək ki, əsər Böyük Britaniya arxivlərində yer alan sənədlər tarixi reallıqların ortaya çıxarılması və araşdırılan problemin daha obyektiv kriteriyalar içərisində dəyərləndirilməsi baxımından olduqca vacibdir. Erməni iddialarına tutarlı şəkildə cavab vermənin, əsas olaraq da dünya ictimaiyyətinə həqiqətləri çatdırmağın yolu digər materiallarla birlikdə, Böyük Britaniyadakı arxiv sənədlərinə də müraciət etməkdən keçir. Bu baxımdan Emin Şıxəliyevin zəngin arxiv materialları əsasında hazırladığı tədqiqat işi olduqca aktualdır. Əsərdə XX əsrin əvvəllərində "erməni məsələsi”nin İngiltərənin geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi, Hərbi Kabineti, Ali Baş Qərargahı, Hərbi Kəşfiyyat Xidməti və sair qurumlar tərəfindən qəbul edilən qərarlarla külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatların ermənilər üçün təmin edilməsindən bəhs edilib. Bu yardımların və törədilən soyqırımı cinayətlərinin pərdəarxası səbəblərinə açıqlıq gətirilib.

banner

Oxşar Xəbərlər