• cümə axşamı, 28 mart, 18:32
  • Baku Bakı 13°C

Erməni hərbçiləri gürcüstanlı soydaşlarımızın kəndinə hücum edirlər

09.07.13 09:49 1301
Erməni hərbçiləri gürcüstanlı soydaşlarımızın kəndinə hücum edirlər
Gürcüstan-Ermənistan sərhədində yerləşən, azərbaycanlılar yaşayan Sadaxlı kəndində son illər ərzində 8 azərbaycanlı öldürülüb, 4 soydaşımız itkin düşüb.
Bu barədə APA-nın Gürcüstan bürosuna “Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib. Onun sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin sərhəddə yerləşən bölmələri Sadaxlı yaxınlığında yerləşən Xuldərə kəndinə dəfələrlə hücum edərək, adamları oğurlayıblar. “Oğurlanan azərbaycanlılar pul müqabilində azadlığa buraxılırlar. Təzəkənd kəndində tez-tez mal-qara oğurluqları olur. Erməni əsgərləri sərhədi keçərək mal-qaranı aparır, yaxınlıqda yerləşən hərbi hissənin heyətini yeməklə təmin edirlər. Mayın 10-da sərxoş erməni əsgərləri yenə kəndə hücum edib, mal-qaranı qovub Ermənistana keçirmək istəyirdilər. Lakin kənd əhalisi Gürcüstan sərhəd xidmətinə xəbər verdi, müdaxilə etdikdən sonra sərxoş əsgərlər geri çəkildilər. Biz bu barədə beynəlxalq təşkilatlara məlumat vermişik, lakin ölçü götürən yoxdur. Belə hadisələr çox olub, biz hər dəfə Gürcüstan hökumətinə müraciət etdikdən sonra bizə dəstək verilib”.
Sabir Mehdiyev qeyd edib ki, ermənilər Sadaxlının torpaqlarını zəbt edərək, sərhədi kəndin içərisinə doğru çəkiblər: “Sadaxlı bölgəsinin 5 kəndi təhlükədədir. Ermənilər yalnız Azərbaycan torpaqlarına yox, eyni zamanda Gürcüstanda azərbaycanlılar yaşayan torpaqlara da göz dikiblər. Hər şey göz qabağındadır. Ermənilər gəlib deyirlər ki, buradan çıxın, bu, torpaq bizimdir. Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndi çox çətin günlərini yaşayır. Əvvəllər kəndin xəritəsinə əsasən, sərhəd xətti uzaqda görünən dağın başından keçirdi. Lakin indi ermənilər sərhəd xəttini Sadaxlının kənarına, evlərin yanına çəkiblər. Tarixən kəndə məxsus olan bulaqlarımız meşədə qalıb. Su gəlməyəndə bulaqlarımızı təmir üçün sərhədi keçən sakinlərimizi tutub aparırlar. Sadaxlının Muşul meşəsində 10-dan çox bulaq var. İndi bu bulaqlar erməni tərəfdə qalıb. İndi kənd camaatı içməli su sarıdan çox çətinlik çəkir”.
banner

Oxşar Xəbərlər